Genişmiqyaslı islahatlar dövrünün yeni siyasi konfiqurasiyası

 

İlham Əliyevin tezisləri, yeni siyasi sistemin konturları və parlamentdə başlanan dəyişikliklər…

 

 

Prezident İlham Əliyevin parlamentin yeni çağırışının deputatları qarşısındakı çıxışı dövlət başçısının yalnız qanunverici hakimiyyət mənsublarına təbriki, tövsiyələri, birgə əməkdaşlıq çağırışları kontekstində məhdudlaşmadı. Nəzərə alaq ki, bu nitq iki il öncə növbəti müddətə səlahiyyətinin icrasına başlayarkən Prezidentin elə bu binada elan etdiyi müasir islahatlar dövrü prioritetlərinin artıq tam yeniləşən hədəflərini ehtiva edirdi. Eyni zamanda həm inauqurasiya tezislərinin davamı, həm də daha çox ictimai-siyasi motivli idi.

 

Prezident Milli Məclisi siyasi sistemin modernləşmə mərkəzi kimi görür

 

 

Prezidentin çıxışlarının mövzu dairəsi qədər fərqli olsa da, mahiyyətcə dəyişməz üslubu var. Bu nitqlər deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqdır, hesabat yönümlüdür, uğurlarla bərabər, hökmən problemlərə toxunulur, onların həlli yolları göstərilir, ümumi fəaliyyətin inkişaf trendinin yeni istiqamətləri elan edilir.

bu üslub Prezidentin çıxışlarına ictimai marağın yüksək səviyyəsini daim təmin edir. Vətəndaşlar ölkə rəhbərinin bəzən həftə ərzində iki dəfə onlara öz fəaliyyətinin ölkədəki sosial, iqtisadi, siyasi durumun hesabatını verməsindən məmnundur.

Eyni zamanda əhali onu narahat edən məqamlardan Liderin xəbərdar olduğunu onların həlli üçün çalışdığını aydın görür, problemlərin "hər şey yaxşıdır, gözəldir müsbətdirpərdəsi altında gizlədilməməsini razılıqla qarşılayır.

Nəhayət, Prezidentin çıxışlarında ictimaiyyət "yolumuz haradır”, "hədəfimiz nədir”, "qarşıda bizi gözləyirkimi suallara cavab tapır ölkənin müqəddəratının müəyyənləşdirilməsində iştirakçılıq hüququnun tanınmasını aydın müşahidə edir.

Elə yeni deputat heyətinin qarşısındakı nitqində Prezident bu üç mərhələni - hesabatlılıq; uğur problemlər; yeni hədəflər - əks etdirməklə bahəm, ölkə ictimaiyyəti ilə yanaşı, dünya birliyinə olduqca önəmli mesajlar verdi.

Ən əsası isə genişmiqyaslı islahatlar dövrünün daha bir təzahürünü elan etdi: Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşır.

Siyasi sistemin ənənəvilikdən uzaqlaşıb tam modernləşməsinin hərəkətverici qüvvəsi kimi isə Prezident məhz yeniləşən Milli Məclisi görür.

 

 

 

Birinin əskikliyi digərinin tamlığını şübhə altına alır

 

 

 

İlham Əliyev hər zaman vurğulayıb ki, iqtisadi tərəqqi siyasi-demokratik inkişaf uzlaşmalı, bir-birlərini tamamlamalıdırlar. Birinin əskikliyi digərinin tamlığını şübhə altına alır.

Prezidentin bu yanaşması ölkəmizin iqtisadi inkişafla yanaşı, həm dövlətçilik gücünü artırması sabitliyin dönməzliyini təsbit etməsi ilə praktik fəaliyyətdə özünü tam doğruldub. Bu baxımdan, İlham Əliyevin "Tarixin ən qüdrətli Azərbaycanıəsərini bu postulatların harmoniyasının məntiqi nəticəsi saymaq olar.

İlham Əliyevin 16 ili ötən Prezident fəaliyyətini mərhələlər üzrə təsnifatlaşdırsaq, hər dövrü məhz hansısa islahatlar adı ilə - ilkin, dinamik, davamlı, sürətli, dərin islahatlar - qruplaşdırmaq mümkündür. Yəni bütün prezidentlik müddəti məhz islahat yönümlü, köklü dəyişiklik ovqatlıdır.

İndiki islahatlar isə, elə Prezidentin təbirincə desək, məhz genişmiqyaslıdır. sosial-iqtisadi sahədəki kompleks fəaliyyət artıq istənilən nəticəni verdiyindən islahat konsepsiyasının digər sütununu - siyasi sistemi bu müsbət dəyişikliyə uyğunlaşdırmaq zərurətə çevrilib.

İlham Əliyevin bu prosesdə Milli Məclisin lokomotiv-yönləndirici funksiya daşıdığını elan etməsi parlament seçkilərinin niyə növbədənkənar keçirilməsi barədə suallara bir daha aydınlıq gətirir. Həmçinin parlamentin yeni heyətinin, yeni sədarətin tərkibi siyasi modernləşmənin artıq başladığına dəlalət edir.

Prezidentin irəli sürdüyü tezislərin təhlili alt qatlarının öyrənilməsi siyasi modernləşmənin əsas məramını da, elə hədəfini müəyyənləşdirir.

 

 

 

Siyasi dialoq təklifinin müəllifi Prezidentdir

 

 

Beləliklə, İlham Əliyevin yeni siyasi konfiqurasiyanın formalaşmasından bu prosesdə parlamentin iştirakından gözləntiləri nədir?

Əvvəla, yeni parlamentin çoxpartiyalılığı onu ölkədəki siyasi diskussiyaların, debatların, hətta zərərsiz siyasi toqquşmaların təbii platformasına çevirir. Yəni məmləkətdəki bütün siyasi proseslər - istər loyal, istərsə sərt formada, fərqi yoxdur - məhz parlament zalında kluarlarında cərəyan etməlidir.

Digər tərəfdən, parlament xalqın birbaşa seçdiyi hakimiyyətdir siyasi sistemin əsas nüvəsinə çevrilməlidir. Bu sistemdən kənar hansısa siyasi hərəkat siyasi hərəkət məhdudlaşdırıla bilməsə , onların xalqın iradəsini əks etdirmədiyi faktdır. Xalq siyasi sistemi parlament hüdudlarında müəyyənləşdirib burada təmsilçiliyi olmayan hansısa qrup sistemdə iştirakçılığını yalnız konstruktivlik sağlam yönümlü yanaşma ilə təmin edə bilər.

Həmçinin iqtidar-müxalifət münasibətlərinin sivil ahəngi parlament müstəvisində gerçəkləşməlidir. Son həftələrdə hakimiyyətin təşəbbüsü ilə siyasi partiyalarla keçirilən görüşlər, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin 30-dan artıq təşkilatın rəhbərini qəbul etməsi məhz Prezidentin yeni siyasi konfiqurasiya modelinin ilkin təzahürləridir.

Prezident fevral ayından etibarən siyasi opponentlərinə şəxsən dialoq təklif edir bunu son çıxışında xüsusən vurğuladı. İndidək olan görüşlər barədə müntəzəm məlumat aldığını deyən onları müsbət xarakterizə edən dövlət başçısı siyasi dialoqun ən təkmil etibarlı mərkəzi kimi məhz parlamenti görür.

 

 

 

Parlamentin idarəçilik tərkibi yeni siyasi konfiqurasiyanın ilk təzahürüdür

 

 

Prosesi sürətləndirmək üçün parlamentin idarəçilik institutunda köklü dəyişikliklərə gedildi. İlham Əliyev parlamentdə mütləq çoxluğa sahib olan Yeni Azərbaycan Partiyasının lideri kimi bu məsələdə mühüm missiya daşıyır.

121 deputatın təmsil olunduğu Milli Məclisdə 70 təmsilçiyə malik olan YAP-ın deputat qrupu sədrinin tövsiyəsi ilə parlament idarəçiliyində bitərəflərə müxalifət partiyalarına böyük güzəşt etdi:

- parlamentin ali rəhbərliyinin (sədr üç müavin) tən yarısı opponentlərə verildi. Həm ilk dəfə olaraq müxalifət təmçilçisi vitse-spiker vəzifəsinə seçilərək ümumilikdə ölkənin rəsmi iyerarxiyasında iştirak hüququ qazandı;

- parlamentin komitə sədri postunun üçdəbiri (5 vəzifə) bitərəf müxalifət namizədlərinə ayrıldı;

- parlamentin komitə sədrinin müavini olan 15 nəfərdən 10-u, yəni üçdəikisi bitərəf müxalifət təmsilçilərindəndir.

Beləliklə, parlament idarəçiliyini həyata keçirəcək 34 nəfərdən (sədarət, komitə sədri müavinləri) 17 nəfəri, yəni tam yarısı məhz bitərəf müxalifət təmsilçilərinə ayrıldı.

Parlament idarəçiliyində bitərəflərin müxalifətin geniş iştirakı bu qüvvələrin ölkədəki proseslərdə iştirakçılıq imkanını genişləndirir, onlara motivasiya verir demokratiyanın əsas göstəricisi olan siyasi palitranın rəngarəngliyini təsbit edir.

 

 

 

Müxalifətdən gözləntilər nədir?

 

 

Siyasi sistemin iştirakçısı yeni siyasi konfiqurasiyanın elementləri olan partiyalar, hərəkatlar bu prosesdə məsuliyyətlərini xalq qarşısında daşıdıqları siyasi öhdəlikləri unutmamalıdırlar. Yeni Azərbaycan Partiyası bu yönümdə ən mükəmməl nümunəsini göstərdi.

Ölkənin alternativsiz siyasi gücü olan hakim partiya opponentlərini siyasi proseslərdə fəal iştiraka təşviq etməklə yanaşı, onlara rəsmi təmsilçilik imkanları da yaradır. Bunun müqabilində isə bir şərti, təmənnası var.

Sadəcə olaraq bir niyyəti var:

- opponentlər ölkənin siyasi həyatında təşəbbüskarlığını, iştirakçılığını, proseslərə reaksiyasını yüksəltsin;

- siyasi sistemin möhkəmlənməsinə modernləşməsinə ardıcıl töhfələr versin;

- Azərbaycanın maraqlarına yönələn təhdidlərə qarşı daha kəskin, ifşaedici əsasən səmimi ruhda münasibət bildirsin;

- sağlam polemikalar açsın, iqtidarın fəaliyyətindəki çatışmazlıqları desin, konstruktiv tənqid nümayiş etdirsin;

- tərəfdarlarının siyasi şüur səviyyəsini davamlı təkmilləşdirsin;

- fəaliyyətini məhdud deklorativ səviyyədən - sədr iki-üç müavinin müsahibəsi, bəyanatı çərçivəsindən çıxararaq yenidən təşkilatlansın, yerlərdə fəal aparsın;

- yaradılan şəraitdən maksimum bəhrələnərək, sıralarını artırsın...

Yəni İlham Əliyevin sədri olduğu YAP dövlət mənafeyini əsas götürərək siyasi rəqabəti unudur müxalifət partiyalarına real fəaliyyətə keçməyi, daha da fəallaşmağı, siyasi güc mərkəzlərinə çevrilməyi, ona alternativ olacaq qüvvəyə sahiblənməyi təklif edir.

İlham Əliyev məmləkəti üçün hansısa şəbəkələrin "beşinci kolonuna, müstəqilliyin qəniminə çevrilən müxalifət istəmir.

İlham Əliyevin istədiyi dövlət mənafeyini qorumağa köklənən, yeri gələndə iqtidarı, lap elə Prezidenti sərt tənqid edən, hakimiyyətin səhvlərini açan, onunla əsl seçki rəqabəti aparan müxalifətdir.

İlham Əliyev yeni təşəbbüsləri, təklifləri, tənqidləri ilə Azərbaycanın intibahına kömək olacaq müxalifət istəyir.

İlham Əliyev elə bir müxalifət istəyir ki, onunla bərabər tarixin ən qüdrətli Azərbaycanını qursun...

İlham Əliyevin sükanı arxasında olduğu dövlət inkişafın düzgün magistralındadır, bu quruculuğa hər gün daha bir kərpic qoyulur, bünövrəsi daha da möhkəmləndirilir.

İlham Əliyev bu dövlətin yalnız müstəqilliyini və təhlükəsizliyini gücləndirmir, sosial gücünü, iqtisadi rifahını yaratmır, həm də onun siyasi sistemini yenidən formalaşdırır. Dünyanın yeni siyasi konfiqurasiyasında söz sahibinə çevrilən Azərbaycanın yeni siyasi konfiqurasiyasında nüfuz sahib olmaq isə siyasi partiyalardan xüsusi fəallıq, təşəbbüskarlıq tələb edir.

Prezident ilk addım atdı. Növbə siyasi opponentlərdədir...

 

 

İxtiyar HÜSEYNLİ

Azərbaycan.-2020.- 12 mart.- S.1;5.