Azərbaycanda koronavirusa qarşı təxirəsalınmaz tədbirlər davam edir

 

Ölkədə virusa yoluxmuş üç nəfər artıq sağalıb

 

Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirlər ən yüksək səviyyədə davam etdirilir.

Koronavirus təhlükəsinə görə, paytaxtda və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Qərargah mütəxəssislərlə aparılan məsləhətləşmələrdən və Dünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı aylarda toybu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlar bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə çağırılır.

 

 

Ölkə xaricindən gələnlər 14 gün ərzində bunlara riayət etməlidirlər

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb. TƏBİB-dən verilən məlumata görə, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.

Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır. Onlar mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir.

 

 

Məktəblərin bağlanması ilə əlaqədar teledərslərə start verilib

 

 

Nazirlər Kabinetinin sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Ona görə də martın 11-dən etibarən "Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start verilib. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayıb, fasilələrlə saat 16:00-dək davam edir.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Belə ki, ibtidai sinif şagirdləri üçün "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir. Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.

 

 

Qoruqlarda da dezinfeksiya işi aparılıb

 

 

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində fəaliyyət göstərən qoruq və təhsil müəssisələrində 5-7 martda koronavirus (COVID-19) epidemiyasına qarşı tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

DTA-dan verilən məlumata görə, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması ilə bağlı qərarına uyğun olaraq Azərbaycan TurizmMenecement Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin tədris binalarında və həyətyanı sahələrində bu istiqamətdə tədbirlər görülüb.

Eyni zamanda Şəkinin "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun Narın Qala divarları daxilində, eləcə də digər obyektlərdə dezinfeksiya işləri aparılıb, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Dezinfeksiya işləri qoruğun inzibati binalarında, Şəki Xan Sarayı və onun həyətində, Dairəvi Məbəd, Şəki xanlarının ev muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, "Sənətkarlar evi” binası və digər obyektlərdə həyata keçirilib.

"Kiş” Tarix-Memarlıq Qoruğunun obyektlərində də dezinfeksiya işləri baş tutub. Dezinfeksiya işlərinin aparıldığı obyektlər martın 8-dən etibarən xidmətə açılıb. Martaprel ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki digər qoruqlarda da önləyici tədbirlərin görülməsi planlaşdırılır.

 

 

Daxili turizm üzrə layihələrdə dəyişiklik yoxdur

 

 

DTA-nın mətbuat katibi Kənan Quluzadə məlumat verib ki, yanvarfevral aylarında Azərbaycana gələnlərin sayı artıb. Fevral ayının sonunda ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 17 faizə yaxın artım müşahidə olunub. Bu dövr koronavirusun başlanğıc dövrü olduğu üçün bu sahədə geriləmə rəqəmlərdə özünü göstərməyib.

Onun sözlərinə görə, həmin dövrdə qonşu ölkələrdən - Rusiya, İran, Gürcüstandan Azərbaycana gələnlərin sayı artıb. Ancaq mart-aprel aylarında qlobal böhranın təsiri turizmdə hiss ediləcək.

Agentliyin Aparat rəhbəri Kənan Qasımov isə qeyd edib ki, koronavirus təhlükəsinə görə dünya turizmində 30-40 faizə qədər azalma müşahidə olunur: "Ancaq məlumatlar gündəlik olaraq dəyişir. Hazırda panika üçün səbəb yoxdur”.

K.Qasımov deyib ki, Azərbaycan prosesin idarəedilməsini kifayət qədər yüksək aparır: "Hesab edirik ki, Azərbaycan bu böhranı keçə biləcək. Bizim daxili turizm üzrə layihələrimizdə dəyişiklik yoxdur bütün layihələr öz axarı ilə davam edir”.

 

 

Koronavirus infeksiyası aşkarlanmış şəxslərin səhhəti ciddi nəzarət altındadır

 

 

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, 10 mart tarixində İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960-cı 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Məlumata əsasən, hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bildirilib ki, əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973-cü, 1997-ci 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıb evə buraxılıb.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

 

Koronavirus dünyada

 

 

 

Çinin Uhan şəhərindən yayılan koronavirus dünyanı bürüməkdə davam edir. Son məlumata əsasən, 119 ölkə üzrə ümumilikdə 119220 (yeni 297) yoluxma halı baş verib. Koronavirusdan ölənlərin ümumi sayı 4299 (yeni 25), sağalanlar isə 66564 (yeni 1400) təşkil edir.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib. Nazir deyib ki, xəstə kişidir. Türkiyə vətəndaşı olan həmin şəxs bu yaxınlarda Avropadan qayıdıb. Onun vəziyyəti sabitdir karantinə yerləşdirilib.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxması təsdiqlənib. Nazirliyin məlumatında bildirilib ki, nazir müavininin analizləri martın 10-da müsbət cavablanıb. Hazırda onun ailəsinin izolyasiya şəraitində qaldığı bildirilir.

Çin Xalq Respublikasında koronavirusla bağlı vəziyyət yaxşılaşmaqdadır. Belə ki, son sutka ərzində virusa yoluxan 1578 nəfər sağalıb, 24 nəfər xəstəliyə yoluxub, 22 nəfər isə həyatını itirib. Gigiyena Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ümumilikdə ölkədə koronavirusa yoluxan xəstələrin sayı 80,7 min nəfərə çatıb, onlardan 61,4 min nəfəri sağalıb, 3158 nəfəri ölüb.

Çin hökuməti virusun yayılmasının azaldığı üçün Uhanda yaradılmış müvəqqəti xəstəxanaları bağlamaq qərarı verib.

 

 

İtaliyada olan Azərbaycan vətəndaşlarına müraciət edildi

 

 

İtaliya Nazirlər Şurasının yanında Mülki Müdafiə departamentinin yaydığı son məlumata (9 mart, 18:00) görə, ölkə ərazisində virusa yoluxanların sayı 7985 nəfər, virusdan ölüm halları isə 463 nəfər təşkil edir 724 nəfərdə sağalma qeydə alınıb.

İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar olaraq, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilib. Qərarı baş nazir Cüzeppe Konte imzalayıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yeni qərarda martın 10-dan aprelin 3-dək İtaliyanın bütün ərazisinin "qapalı zonaelan olunduğu bildirilib.

 

Virusun ilk olaraq yayıldığı "qırmızı zona”da Lombardiya regionunda digər 14 əyalətdə tətbiq olunan aşağıdakı ciddi qayda məhdudiyyətlərin bütün ölkə ərazisinə şamil olunması nəzərdə tutulur:

- xarakterli ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi;

- virusa yoluxmuş bütün şəxslər üçün məcburi ciddi karantin rejiminin tətbiq olunması;

- bütün təhsil müəssisələrinin bağlanması;

- bütün muzey, kino, teatr, idman zalları, istirahət mərkəzləri, diskoteka, bar oyun mərkəzlərinin bağlanması;

- futbol oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin qadağan olunması;

- yalnız ərzaq mağazalarının saat 6:00-dan 18:00-dək məhdud rejimdə çalışması müştərilər arasında 1 metrlik təhlükəsizlik məsafəsinin qorunmasına ciddi nəzarət edilməsi;

- kilsə digər dini mərkəzlərin məhdud rejimdə çalışması, bütün kütləvi mərasimlərin keçirilməsinin qadağan olunması s.

Qərarda qeyd olunan təhlükəsizlik qaydalarının pozulmasına görə inzibati cinayət məsuliyyəti nəzərdə tutulur.

İtaliya ərazisində olan müvəqqəti səfərə gəlmiş xarici ölkə vətəndaşlarına turistlərə öz ölkələrinə qayıtmalarına icazə verilir.

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkə ərazisində olan bütün azərbaycanlıların baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda tövsiyələrə ciddi əməl etməyini xahiş edir.

 

 

 

Koronavirusdan qorunmaq üçün...

 

 

Dünya Səhiyyə Təşkilatının, Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirusla bağlı əhaliyə tövsiyələri:

- əllərinizi yuyun: öskürdükdən asqırdıqdan sonra, xəstələrə qulluq edərkən, yemək hazırlayarkən, əllərinizi çiy bişmiş qidalara toxundurduqda;

- öskürərkən ya asqırarkən ağız burnunuzu dəsmal, köynəyinizin qolu ya dirsək bükümünüzlə örtün;

- istifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın;

- xəstə insanlarla (onların gözlərinə, burnuna ya ağzına toxunmaq) ev, ferma ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin;

- ət məhsullarını yumurtanı tam bişirin;

- heyvanlar heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək qoruyucu maska (üz qoruyucusu) geyinin.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 12 mart.- S.4.