Ötən il ölkəmizə gələnlərin sayında artım olub

 

Ötən il Azərbaycana gələn turistlərin sayı artıb. Başqa sözlə, 2019-cu ildə dünyanın 193 ölkəsindən Azərbaycana 3 milyon 170,4 minya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistanİsrail, 1,2 faizi Böyük Britaniya, 11 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini qadınlar təşkil edib.

Daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz) vətəndaşları arasında qeydə alınıb. MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər olub.

Diqqətçəkən məqamlardan biriodur ki, ötən il Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər təşkil edib.

Ekspertlərin fikrincə, Aİ (Avropa İttifaqı) ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasının başlıca səbəbi Prezident İlham Əliyevin Aİ ölkələrinə rəsmi səfərləri və iştirak etdiyi siyasi tədbirlərdə çıxışları zamanı ölkəmizin turizm potensialını gündəmə gətirməsidir. Azərbaycan son illər Avropada müxtəlif turizm sərgilərində də fəal iştirak edir, kulinariya sərgiləri keçirir, həmin sərgilərdə ölkə barədə təbliğat aparılır. Bütün bunlar avropalıların Azərbaycana marağını artırır.

Ekspertlər onu da bildirirlər ki, Gürcüstanla müqayisədə Avropadan Azərbaycana az turist gəlir. Bunun müxtəlif səbəbləri var. Gürcüstan coğrafi baxımdan Avropaya daha yaxındır, açıq dənizə çıxışı vardini faktor da təsir göstərir. Bütün bunlara baxmayaraq, Avropada Azərbaycan barəsində müxtəlif pozitiv məlumatların yayılması, ölkədə sabitliyin olması və digər amillər vəziyyəti xeyrimizə dəyişir.

 

 

R.SALMANLI

Azərbaycan.-2020.- 1 mart.- S.6.