Mavi yanacaq ehtiyatları Azərbaycanın beynəlxalq bazarlarda iştirakını genişləndirir

 

Prezident İlham ƏLİYEV: "Uzunmüddətli perspektivdə əsas gəlir mənbəyimiz qaz olacaqdır”

 

 

Hazırda Xəzərin Azərbaycan sektorundakı bir sıra perspektiv qaz yataqlarında müxtəlif mərhələlərdə geoloji kəşfiyyat işləri aparılır.

Bəzi yataqlarda bu işlər ölkəmizlə əvvəlki neft-qaz layihələrində tərəfdaşlıq etmiş şirkətlərlə birgə, bəzilərində isə SOCAR tərəfindən müstəqil surətdə həyata keçirilir. Zəngin mavi yanacaq mənbəyi olan həmin yataqlar böyük ümidlər verir və möhkəm inam yaradır ki, gələcəkdə "Cənub qaz dəhlizi”nin ehtiyat bazası təkcə "Şahdəniz” olmayacaq. Başqa sözlə, təbii qaz ehtiyatlarımız hələ çoxduronlar Azərbaycana uzun illər fayda gətirəcək.

Bu ilin fevral ayında "Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən VI toplantısındakı nitqində Prezident İlham Əliyev SOCAR-ın Böyük Britaniyanın BP, Fransanın "Total”, Norveçin "Equinor” şirkətləri ilə birgə işlədiyi ayrı-ayrı zəngin qaz yataqlarının adlarını çəkmişdir.

"Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar 3 trilyon kubmetr civarındadır. Ona görə də Azərbaycan 100 ildən çox müddət üçün karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olacaq” deyən dövlət başçısı hazırda ayrı-ayrı strukturlarda aparılan işlərdən də bəhs etmişdir.

Onların biri "Şəfəq-Asimanblokudur. Burada cari il yanvarın 13-də ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. Quyunun 9 aya qazılacağı planlaşdırılır.

Mütəxəssislərin fikrincə, strukturda bol qaz ehtiyatları aşkar oluna bilər.

Bu blok Bakıdan təqribən 125 kilometr aralıda cənub-şərqdə yerləşir. Onu Xəzərdə "Şahdənizqaz-kondensat yatağından 60 kilometrlik, qurudakı Səngəçal terminalından 145 kilometrlik məsafə ayırır.

"Şəfəq-Asimandənizin dərinsulu hissəsində yerləşir. Burada suyun dərinliyi 600-800 metr arasında dəyişir. Kollektorun dərinliyi isə 7000 metrə çatır. Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada son illərədək heç bir geoloji kəşfiyyat işləri aparılmayıb. Lakin 2010-cu ilin oktyabr ayında Bakıda SOCAR BP arasında strukturun birgə geoloji kəşfiyyatı işlənməsinə dair Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb.

"Gilavarseysmik tədqiqat gəmisinin mütəxəssisləri strukturda aparılan üçölçülü seysmik məlumatların əldə olunması proqramını başa çatdırıblar. Sonra həmin məlumatların emalı aparılıb. 2015-ci ildə məlumatların interpretasiyası yekunlaşıb ilk kəşfiyyat quyusunun planlaşdırılmasına həmin vaxtdan başlanıb.

"Şəfəq-Asiman digər bir blok - D230 bloku üzrə HPBS 2018-ci ildə imzalanıb. Sazişə həmin il aprelin 26-da Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin iştirakı ilə imza atılıb.

D230 bloku Xəzər dənizinin Azərbaycan sektorunun Şimali Abşeron hövzəsində yerləşir. Bloku sahildən Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr məsafə ayırır. D230 təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. Seysmik tədqiqatların suyun 100-800 metr dərinliklərində strukturun bütün ərazisini əhatə edəcəyi gözlənilir.

Digər layihələrdən - AÇG-dən və "Şahdəniz”dən fərqli olaraq adıçəkilən iki strukturda geniş tərəfdaşlar qrupu iştirak etmir. İştirak payları BP və SOCAR arasında bölünür. Bunun üstünlüyü ondadır ki, hər iki şirkət bir-birindən ən yaxşı təcrübəni əxz edir, öyrənir və istər sözügedən, istərsə də digər müqavilələri yerinə yetirərkən topladıqları təcrübədən geniş istifadə edir.

Prezident İlham Əliyev Məşvərət Şurasının toplantısında digər strukturların da böyük perspektivləri olduğunu bildirmişdir. SOCAR-ın BP ilə birgə işlədiyi "Dayazsulu Abşeronstrukturunun böyük potensiala malik olduğunu demişdir. Fransanın "Total” şirkəti ilə birgə işlənən "AbşeronunNorveçin "Equinor” şirkəti ilə tərəfdaşlıqda işlənən "Qarabağ”ın zəngin ehtiyatları olduğunu qeyd etmişdir. SOCAR-ın "Ümid-Babək” yatağında hazırda fəal apardığını bildirmişdir. Eyni zamanda "Azəri-Çıraq-Günəşli” yataqlarında "dərin qaz” adlandırılan böyük ehtiyatlar var. Onların istismarı da uzaqda deyil.

Keçən ilin sonunda Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bildirmişdir ki, uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır.

Beləliklə, perspektiv strukturlarda olan ehtiyatların çıxarılması Azərbaycanın beynəlxalq bazarlarda iştirakını genişləndirəcək, ixracı şaxələndirəcək, xalqın güzəranını daha da yaxşılaşdıracaq və dövlətimizi gücləndirəcək.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 15 mart.- S.1;3.