Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının
ödənilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Bərdə rayonunun əhalisi
34320 nəfər olan 21 yaşayış
məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan
həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya tələbatının
ödənilməsi üçün
23 ədəd subartezian quyusunun
layihələndirilməsi və qazılması məqsədilə
"Azərbaycan Respublikasının 2020-ci il
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya
xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”ndə
Azərbaycanın rayonlarında su təchizatının
yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin
1,61 milyon (bir milyon altı yüz on min) manatı Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
17 mart 2020-ci il
Azərbaycan.-
2020.- 18 mart.- S. 2.