“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

"Dəniz limanları haqqındaAzərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 474; 2015, ¹ 9, maddə 990; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 921 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3.2-1-ci 3.5-ci bəndlərdə "Dövlət Dəniz Administrasiyasısözləri "Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyisözləri ilə əvəz edilsin.

 

2. 3.3-cü bənddən "12.1-ci,” sözləri çıxarılsın həmin bənddə "Dövlət Dəniz Administrasiyasısözləri "Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyisözləri ilə əvəz edilsin.

 

3. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

 

"3.4-1. həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;”.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 mart 2020-ci il

 

Azərbaycan.- 2020.- 18 mart.- S. 2.