Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

 

1.2. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (bundan sonrakoronavirus) yayılmasının qarşısını almaqdan onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

 

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

 

2. Fondun vəsaitinin formalaşdırılması ondan istifadə

 

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

 

2.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

 

2.1.2. fiziki hüquqi şəxslərin könüllü ödəmələri;

 

2.1.3. qanunla qadağan olunmayan digər mənbələr.

 

2.2. Fondun vəsaitinin toplanması ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılır.

 

2.3. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir xərclər smetası əsasında həyata keçirilir.

 

2.4. Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.

 

2.5. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir ya dövlət büdcəsinə qaytarılır.

 

2.6. Fondun vəsaiti Azərbaycan manatı ilə xarici valyutalarla formalaşdırılır.

 

2.7. Fondun vəsaitindən koronavirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

 

2.7.1. tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına onlara maddi yardım göstərilməsinə;

 

2.7.2. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

 

2.7.3. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

 

2.7.4. nəzarət monitorinqlərin təşkilinə həyata keçirilməsinə;

 

2.7.5. tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

 

2.7.6. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

 

2.7.7. təbliğat maarifləndirmə işlərinə;

 

2.7.8. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

 

2.8. Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

 

 

Azərbaycan.- 2020.- 20 mart.- S. 2.