Dağlıq Qarabağda keçirilən qondarma
“seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən
qətiyyətlə pisləndi və rədd edildi
Martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma "seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, habelə çoxsaylı dövlətlər bu qondarma "seçkilər”in və onların nəticələrinin qanunsuz olduğunu bəyan etdilər.
BMT-dən sonra ikinci böyük siyasi platforma olan və 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatı, eləcə də çoxsaylı digər təşkilat və dövlətlərin bu sırada yer alması bütün dünya ictimaiyyətinin Ermənistan Respublikasının işğalçı siyasətini və onun nəticələrini rədd etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.
"Bir daha
vurğulayırıq ki, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ
bölgəsində seçkilər yalnız Azərbaycan
Respublikasının Konstitusiyası çərçivəsində
və bölgənin bütün əhalisinin
iştirakı ilə keçirilə bilər. Hər
hansı seçkinin keçirilməsi
yalnız erməni işğalçı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərdən
çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı
əhalinin öz doğma
yerlərinə qayıtmasından, həmçinin bölgənin
erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından
sonra mümkün olacaq”, - deyə XİN-in
məlumatında bildirilir.
Azərbaycan.- 2020.- 29 mart-7 aprel.-
S. 10.