Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Elm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1366; 2018, ¹ 11, maddə 2198) 9.1-ci maddəsində "aliya orta ixtisas təhsilinə (subbakalavr ixtisas dərəcəsi)” sözləri "ali təhsilə, subbakalavr peşə-ixtisas dərəcəsi almış orta ixtisasya yüksək texniki peşə təhsilinə” sözləri ilə əvəz edilsin.

Maddə 2. "Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə 986, ¹ 11, maddə 1685) aşağıdakı məzmunda 14.6-cı maddə əlavə edilsin:

"14.6. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il

Azərbaycan.-2020.- 2 may.- S.2.