Baş prokuror Kamran Əliyev kollektivə təqdim edilib

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov respublikanın yeni təyin olunmuş Baş prokuroru Kamran Əliyevi prokurorluğun kollektivinə təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanla­rındakı peşə fəaliyyəti barədə danışıb, Zakir Qaralovun prokurorluq orqanla­rına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.

Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.

Tədbirdə Fuad Ələsgərov çıxış edərək bildirib ki, təməli xalqımı­zın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən daxilixarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edirdaha da qüdrətlənir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikanın hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi yerirolu olan prokurorluq orqanları yüksək standartlaramü­asir tələblərə uyğun sivil təsisat kimi formalaşıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ölkə başçısının müdrik rəhbərliyi ilə doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək. Kamran Əliyev əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.

Tədbirdə iştirak edən Zakir Qaralov ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin prokurorluq orqanlarında daim rəhbər tutulduğunu xüsusi qeyd edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikası­nın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Çalışdığı müddət ərzində prokuror­luq orqanlarına daim verilən yüksək qiyməti, göstərilmiş etimadı doğrultma­ğa, bu peşəni şərəflə daşımağa çalış­dığını vurğulayan Zakir Qaralov son illər ərzində ölkənin məhkəmə-hüquq sistemində aparılan ciddi islahatların hüquq sistemində prokurorluğun rolunu artırmaqla qarşısına yeni vəzifələr

 

 

                   Azərbaycan.-2020.- 2 may.-S.3.