İlham ƏLİYEV: “Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”

 

Prezidentə və xalqa xəyanət edənlər mütləq layiqli cəzalarını alacaqlar

 

 

 

 

Korrupsiya bütün dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadi sosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Ona görə korrupsiyaya qarşı mübarizə demokratik sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən hesab olunur.

 

 

 

Şəffaflıq qanunçuluq daim prioritetdir

 

 

 

Bu gün demokratiya yolunu seçmiş hər bir ölkə bu bəla ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət öz siyasi iradəsini ortaya qoysun korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla davamlı mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət cəmiyyəti korrupsiyadan təmizlədiyini iddia edə bilməz.

 

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə qanunçuluq prinsipləri əsasında həyata keçirilir. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib. Korrupsiyaya qarşı mübarizə, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, zəruri qanunların qəbul edilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, hüquq pozuntularının aşkar edilməsi nəticələrinin aradan qaldırılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının səmərəliyinin təmin edilməsi, ümumən bu sahədə ümumi dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, Şəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planıicra olunub.

 

Bu məqsədlə həmçinin dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi korrupsiyanın qarşısının alınması sahəsində mühüm tədbirlər görülüb.

 

Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planıtəsdiq olunub. Bu fəaliyyət planında ölkəmizdə korrupsiyanın qarşısının alınması dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin ictimai iştirakçılığın artırılması, yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın ictimai iştirakçılığın təmin olunması, özəl sektorda şəffaflığın məsuliyyətin artırılması, əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər nəzərdə tutulub.

 

 

 

 

Rüşvətxorlar islahatlara kölgə salanlar məsuliyyətdən qaça bilməyəcəklər

 

 

 

 

Göründüyü kimi respublikamızda korrupsiya ilə mübarizə sahəsində böyük siyasi iradə mövcuddur. Həyata keçirilmiş bütün bu tədbirlər nəticəsində mühüm qanunlar qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış institutlar fəaliyyətə başlamış, dövlət orqanlarında islahatlar aparılmış, vətəndaş cəmiyyətinin üzvləri ilə səmərəli əməkdaşlıq qurulmuş, ictimai nəzarət maliyyə intizamı gücləndirilmiş, vətəndaş-məmur münasibətləri minimuma endirilmiş, dövlət qurumlarına müraciət elektronlaşdırılıb.

 

Ümumiyyətlə, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmaqdadır. Bütün sahələrdə şəffaflıq prinsipinin, maliyyə intizamının gücləndirilməsi, eləcə korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi məhz bu reallıqla şərtlənir. Korrupsiyanı hər bir dövlətin sosial-iqtisadi inkişafını əngəlləyən buxov hesab edən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində korrupsiya rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini xüsusi diqqətdə saxlayır. Ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində zaman-zaman məmur adına ləkə salanlar ifşa olunub, ədalət mühakiməsi qarşısına çıxarılıblar.

 

Lakin təəssüflə qeyd edilməlidir ki, bu gün Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayan, ona göstərilmiş etimaddan öz maraqları tamahı üçün sui-istifadə edən məmurlara rast gəlinir. Ən acınacaqlısı isə odur ki, belə məmurlar aparılan islahatlara kölgə salmaqla yanaşı, dünya bəlasına çevrilmiş koronavirusla mübarizə zamanı da üzərlərinə düşən vəzifələrin məsuliyyətini anlamayaraq, bu prosesdən öz maraqları üçün istifadə edirlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının əməlləri göstərdi ki, bu adamlar yol verdikləri korrupsiya hərəkətləri ilə tək onlara bəslənən etimada deyil, Prezidentə xalqa xəyanət ediblər.

 

Prezident İlham Əliyev baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələyə münasibət bildirərək deyib: "Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir bundan sonra da ətraflı məlumat veriləcəkdir. Eyni zamanda bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Bu haqda məlumat var bir daha demək istəyirəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”.

 

Təəssüf ki, öz məsuliyyətini anlamayanlar arasında icra başçıları ilə yanaşı, müxtəlif vəzifə sahiblərinə öz vəzifəsinin nədən ibarət olduğunu bilməyən bələdiyyə sədrlərinə rast gəlinir. Lakin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kim qanundan üstün deyil əgər kimsə fikirləşirsə ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları kömək edəcəklər, səhv edir. Öz əməlləri ilə Prezidentə, xalqa vəzifəsinə xəyanət edənlər mütləq layiqli cəzalarını alacaqlar.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.-3 may.-S.1;5.