Torpaq icarəsi haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

                                      

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, "Fitosanitar nəzarəti haqqındaAzərbaycan Respublikasının Qanununda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1577-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

 

Maddə 1. "Torpaq icarəsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 154; 2001, ¹ 3, maddə 149; 2002, ¹ 5, maddə 241, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 14; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 8, maddə 657; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə 503; 2015, ¹ 3, maddə 247; 2018, ¹ 6, maddə 1183; 2019, ¹ 1, maddə 34, ¹ 7, maddə 1178) 5-ci maddəsinin altıncı abzasından "baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin,” sözləri çıxarılsın.

 

Maddə 2. "Dövlət əmlakının özəlləşdirilməsi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə 580; 2002, ¹ 10, maddə 586; 2005, ¹ 5, maddə 391, ¹ 6, maddə 464; 2006, ¹ 5, maddə 389, ¹ 6, maddə 478, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 745; 2013, ¹ 11, maddə 1314; 2014, ¹ 12, maddə 1524; 2015, ¹ 2, maddə 78, ¹ 11, maddə 1297; 2017, ¹ 12 (I kitab), maddə 2191; 2019, ¹ 2, maddə 180, ¹ 5, maddə 797, ¹ 6, maddə 993, ¹ 8, maddə 1382) 6.2.5-ci maddəsindən " fitosanitar nəzarəti xidmətlərisözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il

Azərbaycan.-2020.- 3 may.- S.3.