Həmrəylik, qarşılıqlı dəstək, birgə mübarizə

 

İlham Əliyev Qoşulmama Hərəkatının üzv dövlətlərinə qlobal böhrandan çıxış yolunu göstərdi

 

 

- COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik;

- Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır;

- Pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir;

- Tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir;

- Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur;

- Əminəm ki, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir;

- Biz birlikdə pandemiyaya qalib gələcəyik.

 

 

Azərbaycan zamanın tələbinə uyğun real addımlar atır

 

 

Daha bir qlobal təşəbbüsünü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti 17 müşahidəçi ölkəni, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini bölüşdü.

Cənab İlham Əliyev BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının üzv dövlətlərinə Azərbaycanın böhrandan əziyyət çəkən ölkələrə dəstək verməyə hazır olduğunu bəyan etdi. Zirvə görüşündə çıxış edən beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fikirlərini dəstəkləyərək yeganə qurtuluş yolunun yalnız birgə mübarizədən keçdiyini söylədilər.

Bu Zirvə görüşü bir daha təsdiq etdi ki, Azərbaycan təşkilata sədrliyi dövründə zamanın tələbinə uyğun olaraq real addımlar atır. Yəni sədrliyi üzərinə götürərkən Prezident

İlham Əliyevin bəyan etdiyi "Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini qarşılıqlı dəstəyi rəhbər tutacaqfikri öz təsdiqini tapır.

Koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyikmövzusunda keçirilən Zirvə görüşü Qoşulmama Hərəkatının gündəliyinə tarixi hadisə kimi yazıldı. Bu tarixi yazan isə qısa zaman kəsiyində dünyanın etibarlı tərəfdaşına çevrilən, cəmi 9 il əvvəl bu qlobal hərəkatın üzvlüyünə qəbul edilən Azərbaycan onun lideri cənab İlham Əliyevdir.

 

 

İlham Əliyevin qlobal təşəbbüsünə birmənalı dəstək

 

 

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan bu konfrans təşkilatda 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirildi.

Cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi təşkilatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəklədilər Təmas Qrupunda coğrafi təmsilçilik könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olundular. Onu da nəzərə alaq ki, 120 daimi üzvü olan hərəkat müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm platformadır.

Aprelin 10-da cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının növbəti Zirvə görüşü eyni formatda reallaşmışdı. Azərbaycan Prezidenti türkdilli dövlətlərə hər zaman ölkəmizin pandemiya ilə mübarizədəki üstün təcrübəsini bölüşməyə hazır olduğunu bəyan etmişdi.

Göründüyü kimi, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlərə imza atmaqdadır. Azərbaycan dünyanın yeni reallıqlarına çevik adekvat reaksiya verir. Yəni dünyanın bir parçası olan ölkəmiz bəşəriyyəti böyük sınaq qarşısında qoyan qlobal pandemiyaya qarşı nəinki milli səviyyədə səmərəli tədbirlər görür, eyni zamanda regional qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.

Qətiyyətli qərarları, düşünülmüş uzaqgörən siyasəti ilə hər zaman örnək göstərilən cənab İlham Əliyevin qlobal təşəbbüsü ilə son iki ayda reallaşan iki mühüm beynəlxalq konfransda yekdil fikir böhrandan qurtuluşda səylərin birləşdirilməsi, üstün təcrübələrin paylaşılması oldu. Hər iki təşkilatın üzvləri Azərbaycan Prezidentinin təşəbbüs təklifini birmənalı dəstəklədilər.

 

 

Pandemiya dövründə maneəsiz etibarlı tranzit daşımaları

 

 

Bu Zirvə görüşündə cənab İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək, pandemiya dövründə insanların sağlamlığı onların sosial müdafiəsinin təmin edilməsinin prioritet məsələlər olduğunu bildirdi.

Dövlət başçısı pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyin təmini, məşğulluqla bağlı problemlərin həlli istiqamətində görülən işlərdən danışaraq, bu məqsədlə müstəqillik tariximizin ən böyük (3,5 milyard manat) maliyyə tutumlu sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu diqqətə çatdırdı.

Cənab İlham Əliyev Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsindəki təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə, bu sahədə əməkdaşlığa hazır olduğunu bir daha bəyan edərək ölkəmizin pandemiya dövründəki iqtisadi nəqliyyat-tranzit imkanlarından da söz açdı. Prezident Avrasiyada önəmli nəqliyyat logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın pandemiya dövründə etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin etdiyini bildirdi.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatının üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait Azərbaycanla razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

 

 

18 bənddən ibarət Bəyannamə, yaradılacaq İşçi Qrupunun fəaliyyəti

 

 

Zirvə görüşündə çıxış edən BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande qeyd etdi ki, COVID-19 bütün dünyada milyardlarla insanı təhlükə ilə üz-üzə qoyub. Bu gün Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, həmin insanlar 3,4 trilyon dollar məbləğində gəlirlərini itiriblər. Qlobal səhiyyə sisteminin bu gün çox ağır təzyiq altında olduğunu deyən diplomat vurğuladı ki, BMT pandemiya ilə mübarizədə səslənən bütün təklifləri dəstəkləyir.

BMT-nin Baş katibi Antonio Quterreş isə videomüraciətində pandemiyanın ağır fəsadlarına toxunaraq qeyd etdi ki, koronavirus cəmiyyətlərin sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxarıb.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyi yüksək dəyərləndirən qurumun Baş direktoru cənab Tedros Adhanom Gebreyesus isə bildirdi ki, Qoşulmama Hərəkatına onun üzv dövlətlərinə COVID-19 xəstəliyinə qarşı apardıqları mübarizədə onlara dəstək verir. Baş direktor hesab edir ki, "taclı bəla”ya qarşı yalnız birgə mübarizə yeganə çıxış yoludur: "Bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır o qatildir. Buna görə bizə qlobal həmrəylik birlik lazımdır. Bu baxımdan biz virusu önləməliyik, ondan öndə getməliyik. Bütün cəmiyyətlərin bu baxımdan ehtiyaclarından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik”.

Zirvə görüşündə 18 bənddən ibarət Bəyannamə qəbul edildi. Sənəddə hərəkat üzvlərinin müxtəlif sahələr üzrə bir-birinə dəstəyi öz əksini tapdı. Bəlli oldu ki, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Sonra isə həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə beynəlxalq humanitar təşkilatlara təqdim olunacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin növbəti qlobal təşəbbüsü pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlər arasındakı əməkdaşlığı daha da dərinləşdirəcək.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 6 may.- S.1;7.