Azərbaycan təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platformakörpü yaradır

 

Parlamentin iclasında Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü ölkəmizin növbəti beynəlxalq uğuru kimi dəyərləndirildi

 

 

Mayın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər müzakirə edildi.

 

 

Bir sıra məhkəmələrə yeni hakimlər təyin edilir

 

 

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç məsələ ilə bağlı məlumat verdi. Bildirildi ki, Konstitusiyaya və Məhkəmə-Hüquq Şurasının təkliflərinə uyğun olaraq hər üç məsələ Azərbaycan Prezidenti tərəfindən təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bu məsələlər hakimlərin iştirakı ilə geniş müzakirə edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Əli Hüseynli dedi ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq 40-dan artıq normativ akt layihəsi hazırlanıb və əksəriyyəti qəbul edilib.

Bu dövrdə 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri fəaliyyətə başlayıb, hakimlərin sayı 200 vahid artırılıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb.

Diqqətə çatdırıldı ki, hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur. Lakin 9 hakim ştatının yaradılmasına ehtiyac yaranıb. Buna görə də Ali Məhkəməyə apelyasiya məhkəmələrindən hakimlərin təyin olunması təklif olunur. Eyni zamanda Ali Məhkəmədən 4 hakimin Bakı Apelyasiya Məhkəməsinə, bir hakimin isə birinci instansiya məhkəməsinə keçirilməsi təklif edilir. Təkliflərdə birinci instansiya məhkəmələrindən bir neçə hakimin Bakı Apelyasiya Məhkəməsinə irəli çəkilməsi də əksini tapıb. Əli Hüseynli onu da diqqətə çatdırdı ki, bu ilin yanvarından inzibatikommersiya məhkəmələri yaradılıb. Təqdimata əsasən apelyasiya məhkəmələrindən 3 hakimin kommersiya məhkəmələrinə irəli çəkilməsi təklif edilir.

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Aydın Mirzəzadə, Vahid Əhmədov münasibət bildirdilər. Qeyd olundu ki, bu təyinatlar məhkəmə-hüquq islahatları çərçivəsində atılan növbəti uğurlu addımdır. Çıxış edənlər yeni təyinatların məhkəmələrin fəaliyyətinin yüksəldilməsində mühüm rol oynayacağını qeyd etdilər.

Müzakirələrin yekununda hər üç məsələ təsdiq olundu.

 

 

Ölkəmizin və onun liderinin yüksək nüfuzunun göstəricisi

 

 

"Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olmasının göstəricisidir”.

Bu fikirləri parlamentin Sədri Sahibə Qafarova bildirdi. Azərbaycanın koronavirusa qarşı mübarizədə fəal rol oynadığını, həmçinin qlobal pandemiya şəraitində ölkələr beynəlxalq təşkilatlar arasında həmrəylik əməkdaşlığın böyük önəm daşıdığını qeyd edən Milli Məclisin Sədri vurğuladı ki, bu bəlanın yayılmasının qarşısının alınması onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir: "Ona görə möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma körpü yaradır”.

Sahibə Qafarova qeyd etdi ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir. Ölkəmiz sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. "Hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü bu mənada çox əhəmiyyətlidir”, - deyə Milli Məclisin Sədri bildirdi.

Deputatlardan Fazil Mustafa, Musa Qasımlı, Razi Nurullayev, Sahib Alıyev, Əli Məsimli, komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc gündəlik cari məsələlərlə bağlı fikirlərini bildirdilər.

İclasda "Nəşrlərin beynəlxalq mübadiləsinə dairKonvensiyanın təsdiq edilməsi haqqında, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədəProtokolun təsdiq edilməsi haqqında, "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədəProtokolun təsdiq edilməsi haqqında, "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dairProtokolunun təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədəqanun layihələri təsdiq olundu.

Deputatlar "Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) müsbət münasibət bildirdilər.

İclasda son olaraq "Sosial sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə edildi. Layihələrlə bağlı Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdilər. Müzakirələr zamanı təklif olunan dəyişikliklər koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin mühüm tərkib hissəsi kimi dəyərləndirildi.

Hər iki qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 6 may.- S.1;7.