Koronavirusla mübarizədə Azərbaycanın önləyici addımları dünyada razılıqla qarşılanır

 

Tarix boyu hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında tanıdaraq layiqli mövqelərə çıxaran liderlər həm də dövlətçilikdə uğurlu varislik ənənələri formalaşdıraraq müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Ötən əsrdə xalqımızın yetirdiyi nadir şəxsiyyətlərdən olan Ulu Öndər Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, bu strateji kursu zamanın diktə etdiyi yeni şərtlər müqabilində davam etdirməyə qadir, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı yetişdirmişdir.

2003-cü ilin prezident seçkilərindən ötən 17 il müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, yüksək idarəçilik və liderlik keyfiyyətləri ilə ictimai inamı doğrultmuşdur. Dövlət başçısının idarəçilik fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə optimal qərarlar qəbul etməyi uğurla bacarır.

Dünyanın koronavirusdan (COVID-19) ciddi ziyan çəkdiyi, hətta inkişaf etmiş ölkələrin belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycanın pandemiyaya qarşı mübarizədə mütərəqqi model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkəyə rəhbərlik edən liderin müdrik qərarları bəzən bütöv bir xalqı faciədən hifz edir. Möhtərəm Prezident İlham Əliyevin ilk günlərdən dünyadakı prosesləri real analiz edərək qətiyyətli və operativ tədbirlər görməsi onun xalqının sağlamlığını dövlətin iqtisadi-siyasi dividendlərindən daha üstün tutduğunu bir daha təsdiqləmişdir.

Bir neçə gün əvvəl Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə keçirdiyi videokonfransda dövlət rəhbəri bununla bağlı haqlı olaraq demişdir: "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi qərarı asan olmamışdır. Biz anlayırdıq ki, insanlar üçün narahatlıq yaranacaq, iqtisadi inkişafımıza böyük zərbə dəyəcək, halbuki bu ilin göstəriciləri olduqca ümidverici idi. Lakin bizim iki variantımız var idi. Birinci variant insanların həyatını və sağlamlığını qorumaq, ikinci variant isə iqtisadiyyatın xilas edilməsi prioriteti idi. Bu səbəbdən ilk gündən bizim seçimimiz insanların həyatının qorunması oldu”.

Bu da təsadüfi deyildir ki, hazırda Azərbaycanın pandemiyanın qarşısının alınmasında nümayiş etdirdiyi ardıcıl və davamlı strategiya beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən birmənalı təqdir edilir. Məsələn, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Gebreyesusun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlayaraq unikal model kimi dəyərləndirmişdir.

Təşkilatın tövsiyələrinə ilk gündən məsuliyyətlə yanaşan respublika rəhbərliyinin atdığı önləyici addımlar, qəbul etdiyi qətiyyətli qərarlar qısa zamanda müsbət nəticələrini verməklə, faktiki olaraq vəziyyətin nəzarət altına alınmasına, sabitləşməyə və yoluxma sayında azalan dinamikaya imkan yaratmışdır. Bir çox ölkələrin rəsmiləri razılıqla vurğulayırlar ki, Azərbaycan pandemiyanın qarşısının alınmasında iqtisadi, sosial, hüquqi, tibbitexniki izolyasiya tədbirlərini ən yaxşı səviyyədə təşkil etmiş dövlətlər sırasındadır.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev koronavirus infeksiyasının hələ pandemiya elan olunmadığı bir zamanda - 2020-ci ilin yanvar ayından səmərəli önləyici tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu istiqamətdə ilk mühüm addımlardan biri dövlət başçısının 2020-ci il 27 fevral tarixli sərəncamı əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, habelə sosial izolyasiya qaydalarının tətbiqi olmuşdur. Bundan əlavə, 2020-ci il martın 24-dən etibarən mərhələlərlə mayın 4-dək xüsusi karantin rejiminin elan edilməsi, bir sıra hotel, mehmanxana, sanatoriya və digər turizm obyektlərinin bu məqsədlə səfərbər olunması virusa kütləvi yoluxma hallarının qarşısının alınması baxımından əhəmiyyətli olmuşdur.

Pandemiyaya qarşı mübarizədə vətəndaş məsuliyyətinin vacibliyini ilk gündən düzgün dəyərləndirən ölkə rəhbəri xalqa səmimi müraciətində sosial təcrid tədbirlərinin müstəsna əhəmiyyətini diqqətə çəkmiş, "Biz birlikdə güclüyük!” şüarını irəli sürməklə milli həmrəyliyi təmin etmişdir. 19 mart 2020-ci il tarixli fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, quruma 20 milyon manat məbləğində vəsaitin ayrılması da müsbət nəticələrini göstərmişdir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birillik məvaciblərini həmin fonda köçürmələri xeyirxahlıq və birlik nümunəsi olan sosial çağırış kimi cəmiyyətdə səfərbərlik ovqatının güclənməsinə təkan vermişdir.

Bəzi sahələrdə çalışanlar sağlamlığı risk qrupunda olan insanlar kimi cəmiyyətin rəğbətini qazanmış, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sırada polis əməkdaşlarını və həkimləri xüsusi olaraq qeyd etmişdir. Dövlət başçısının müdrik addımlarından biriyoluxucu xəstəliklə mübarizədə "ön cəbhədə” olan həkimlərin əməyinin stimullaşdırılması olmuşdur. 18 mart 2020-ci il tarixli sərəncamla pandemiya ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndirilmiş, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr müəyyən edilmişdir.

Pandemiya dövründə həyata keçirilən davamlı sosial layihələr isə Azərbaycanda insan və vətəndaş amilinə həssas münasibətin mövcudluğunu bir daha təsdiqləmişdir. Sosial təcrid tədbirlərinin yeri müvəqqəti bağlanmış vətəndaşların rifahına və sahibkarların işgüzar fəallığına təsirləri nəzərə alınaraq qısa zamanda mühüm dövlət proqramlarının işlənib hazırlanması təmin edilmişdir. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamı əsasında pandemiyanın iqtisadiyyata, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə dəyəri 3,5 milyard manata çatan sosial-iqtisadi dəstək paketinin qəbul olunması cəmiyyətdə razılıqla qarşılanmışdır.

Pandemiyadan zərər çəkmiş, yerini itirmişyaxud işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi də mühüm sosial addımlar sırasındadır. Bundan başqa, aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi və övladlarının təhsil haqqının ödənilməsi, habelə pandemiya dövründə elektrik enerjisindən güzəştli istifadəyə görə limitin artırılması vətəndaşların sosial rifahına xidmət etmişdir.

Ötən müddətdə ölkə ictimaiyyəti, ayrı-ayrı dövlət və özəl təşkilatlar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində sosial həmrəylik nümayiş etdirirlər. O cümlədən Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq şəraitində 1600-dən çox tənha yaşlıya ərzaq yardımları paylamışdır. Nazirliyin rəhbərliyi və kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqlarından 870 min manat məbləğində vəsait köçürmüşlər. Məhkəmə-Hüquq Şurası, hakimlərin assosiasiyaları, apelyasiyabirinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini təmin etmişlər.

Xüsusilə qeyd etmək lazımdır ki, pandemiya dövrünü əhatə edən sosial layihələrdə Heydər Əliyev Fondu da yaxından iştirak edərək ən azı 100 min aztəminatlı ailəyə ərzaq yardımı göstərməyi planlaşdırır. "Biz birlikdə güclüyük!” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu prosesdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Fondun "Regional İnkişafİctimai Birliyi tərəfindən "150” Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Xüsusi karantin rejimində qanunçuluğun, hüquq qaydalarının, nizam-intizamın daha da möhkəmləndirilməsi, eləcə də pandemiyanın qarşısının alınmasında vətəndaş məsuliyyətinin artırılması baxımından qanunvericiliyə edilmiş bir sıra əlavə və dəyişikliklər də son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, eləcə də Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər mahiyyətcə karantin rejimi qaydalarının pozulmasına görə hüquqi məsuliyyətin artırılmasına və beləliklə, həm də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələn tədbirlərin reallaşdırılmasına xidmət etmişdir.

İnzibati Xətalar Məcəlləsinin "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin pozulması”na dair 211-ci maddəsinə edilmiş dəyişikliklərlə inzibati məsuliyyəti nəzərdə tutan cərimələrin məbləği artırılmışdır. Cinayət Məcəlləsinə əlavə edilmiş "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenaya karantin rejimlərinin pozulması”na dair 139-1.1-ci maddəyə əsasən, 2500 manatdan 5000 manatadək cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin rejimlərin pozulması insan ölümüya digər ağır nəticələrə səbəb olduqda, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcəkdir.

Pandemiya dövründə məhkəmələrin fəaliyyətinin tənzimlənməsi və təşkili baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 aprel 2020-ci il tarixli "Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Qərarı müstəsna əhəmiyyət kəsb edir. Qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial təcrid qaydalarının məhkəmələrin fəaliyyətində də tam riayət edilməsinə imkan yaratmışdır.

Qərarla Azərbaycan Respublikasının bütün məhkəmələrinə 20 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixinədək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmünya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti təxirə salmaq tövsiyə edilmişdir. Qərarın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi tövsiyə olunmuşdur.

Qərarla, həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınaraq mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi məsləhət görülmüşdür. Bu günlərdə Ədliyyə Nazirliyinin təşkil etdiyi "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında da qeyd olunduğu kimi, xüsusi karantin rejimi ilə əlaqədar "Elektron məhkəmə” informasiya sistemində yaradılmış xüsusi proqram vasitəsilə məhkəmə proseslərinin onlayn rejimdə, videokonfrans formatında həyata keçirilməsi, həmçinin iclasın avtomatlaşdırılmış rejimdə audio-video yazılışının aparılmasına başlanılmışdır. Vətəndaşların təhlükəsizliyinin qorunması və onların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması məqsədilə ilk dəfə olaraq məhkəmə prosesləri videokonfrans şəklində, onlayn qaydada keçirilmişyekun qərarlar çıxarılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 aprel 2020-ci il tarixli Qərarında məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işlərinin məhkəmələrin icraatına qəbul edilməsi; hakimlərin və məhkəmə aparatı işçilərinin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlərin həlli tövsiyə edilmişdir. Eyni zamanda qərara görə bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobilinternet rabitəsi vasitəsi ilə həyata keçirilməsi təmin olunmalıdır. Fizikihüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiyakassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilmişdir.

Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi də təqdirəlayiq ənənəyə çevrilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 06 aprel 2020-ci il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı isə pandemiya dövründə yaşı 65-i ötmüş vətəndaşlara humanist və insanpərvər münasibətin əyani təzahürü olmuşdur. Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin müraciətləri, eləcə də məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, belə bir vacib humanist sərəncam imzalanmış və 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunmuşdur.

Humanist siyasətin tərkib hissəsi olaraq məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi tədbirləri də davam etdirilmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi nəzərə alınaraq məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılması təmin edilmişdir. Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq, ümumilikdə 400-dən çox məhkum azadlığa buraxılmışdır.

Ümumilikdə ölkə miqyasında həyata keçirilən kompleks tədbirlər müsbət nəticələrini göstərməklə, Azərbaycanın pandemiyadan maksimum az itki ilə çıxmasını, ölkə vətəndaşlarının qlobal riskdən əsaslı dərəcədə sığortalanmasını təmin etmişdir. Bunun nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə 2020-ci ilin aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılması təmin edilmişdir. Eyni zamanda Operativ Qərargahın 1 may 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, habelə Naxçıvan Muxtar Respublikasında

4 may 2020-ci il saat 00:00-dan etibarən karantin rejimi demək olar ki, götürülmüşdür. Bu tarixdən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə ya yeri barədə arayış əsasında tərk etmək sisteminin ləğvi; dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti; restoran, kafe çay evlərində müştərilərə yerində xidmətlərin bərpası, bulvar, park istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyətin götürülməsi; rayonlar şəhərlərarası gediş-gəlişin bərpası təmin edilmişdir. Karantin rejiminin mayın 31-dək davam edəcəyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri Abşeron rayonunda isə əksər (müəyyən edilmiş sayda) dövlət qurumlarının fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən, xalqın sağlamlığını rifahını önə çəkən addımları ictimaiyyətin böyük razılığı ilə qarşılanır. Mütləq əksəriyyət əmindir ki, həyata keçirilən kompleks tədbirlər qısa zamanda vəziyyətə nəzarətin tam təmin olunmasına koronavirus pandemiyasının qarşısının alınmasına imkan yaradacaqdır.

 

Ələddin CƏFƏROV,

Nizami Rayon Məhkəməsinin sədri,

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri

Azərbaycan.-2020.- 6 may.- S.5.