Azərbaycan ziyalılarının böyük himayədarı

 

Heydər Əliyevin təhlükəsizlik orqanlarında, Azərbaycanda birinciikinci siyasi hakimiyyəti dövründə və SSRİ rəhbərliyində fəaliyyətinin əsas nəticələrindən birirespublikada ziyalılara böyük diqqəti, onları qorumağı və Azərbaycandan kənarda tanıtmağı olmuşdur.

Hər bir xalqın və ölkənin inkişafının göstəricilərindən birionun hər dövrdə ziyalılarının fəaliyyətinə və həmin təbəqənin cəmiyyətin keyfiyyət göstəricilərinin yüksəlməsinə dəstək verməsidir.

Azərbaycan torpaqları qonşu dövlətlərin tərəfindən tərkibinə daxil edildikdən sonra həmin dövlətlər öz ucqarlarında yaşayan qeyri-titul (sayca əsas xalqdan az olan) xalqların elitasının formalaşmasında, ziyalı təbəqəsinin yaranmasında həmişə maraqlı olmayıblar.

Azərbaycan xanlıqlarının ləğvi dövründən ağrılı və aktual olan bu problemi Azərbaycan xalqı hər dövrün imkanlarına uyğun maksimum həll etməyə çalışıb. Həm ümumilikdə cəmiyyət, həm də xalqın tanınmış nümayəndələri problemin həllinə öz töhfələrini veriblər. XIX əsrdə İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev, neft milyonçuları, milli-demokratik düşüncəli ziyalılar, Azərbaycan Demokratik Respublikasının qurucuları bu qəbildən olan nümunələrdəndir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonrakı dövrdə Nəriman Nərimanov, Hüseyn Cavid, Səməd Vurğun, Əziz Əliyev, Heydər Hüseynov, Mirzə İbrahimov kimi tarixi şəxslər milli ziyalılarımızın yetişməsində böyük rol oynamışlar.

Milli ucqarlarda isə bu proses dövlət dəstəyi olmadan, xaotik gedir, işin ağırlığı milli təəssübkeş qüvvələrin üzərinə düşürdü. Məhz cəmiyyətin içindən gələn mənəvi potensial nəticəsində XIX əsrin 60-cı illərində Azərbaycanda latın qrafikası əsasında Azərbaycan əlifbası təklif edildi, 1875-ci ildə ilk qəzet - "Əkinçi” dərc edildi, 1873-cü ildə ilk teatr fəaliyyətə başladı, 1919-cu ildə ilk universitet açıldı. Ziyalılar cəmiyyətin maariflənməsi uğrunda daim ciddi mübarizə aparırdılar. Bakıda və regionlarda orta məktəblərin açılması, ali təhsilin populyarlaşdırılması öz nəticəsini verirdi. 1913-cü ildə Rusiya imperiyasında keçirilən əhalinin siyahıya alınmasının nəticəsinə görə Bakı şəhərində yaşayan 70 min azərbaycanlı əhalinin artıq 44 nəfəri ali təhsilli idi (4 nəfəri qadın), bunun özü həmin dövr üçün böyük nəticə idi.

Azərbaycan xalqının öz gücünə ziyalı təbəqəsini formalaşdırması Rusiya imperiyasının çökməsi zamanı, 28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikasının yaranmasında böyük rol oynadı. 23 aylıq müddətdə müstəqil dövlətçilik tarixində görülən böyük işlərin içində Bakı Dövlət Universitetinin təsis edilməsi və 100 nəfərdən ibarət gənclərin müstəqil dövlət üçün tələb edilən ixtisaslar üzrə Avropanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilməsini çox əhəmiyyətli işlərdən hesab etmək olar.

XX əsrdə birinci müstəqil Azərbaycan dövlətinin süqutuonun Sovet Rusiyasının tərkibinə qatılması çoxsaylı milli kadrların hazırlanması prosesini uzun müddətə təxirə saldı. Üstəlik, Azərbaycan SSR-də rəhbər və birinci şəxs vəzifələrinə xalqarespublikaya bələd olmayan, kənardan gətirilən qeyri-azərbaycanlıların təyin edilməsi milli elitanın formalaşmasına mənfi təsir etdi.

Məsələn, 1933-cü ildən 1967-ci ilədək respublika təhlükəsizlik orqanlarına rəhbər vəzifələrə digər millətlərin nümayəndələrinin təyin edilməsi milli kadr hazırlığı məsələlərini gündəlikdən silirdi. Həmçinin 1929-cu ildən latın qrafikasına keçən Azərbaycan dilinin əlifbasının 1939-cu ildən kiril qrafikasına keçirilməsi Avropa, ilk növbədə, türk ədəbiyyatı arasında anlaşmada əlavə, texniki problem yaradırdı. Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da yerli xalqın dilinin rəsmi və inzibati dil kimi işlədilməməsi milli düşüncəli ziyalıların hakimiyyətə və cəmiyyət proseslərinə təsirini minimuma endirirdi.

Bu səbəbdəndir ki, uzun müddət Azərbaycanda ziyalı təbəqənin kəmiyyət göstəriciləri heç də xalqın potensialına tam cavab vermirdi. Respublikada yaşlı əhalinin tərkibində ali təhsillilərin say nisbəti orta ittifaq göstəricilərindən aşağı idi. Elm, ədəbiyyat və texniki sahələr üzrə Azərbaycan xalqının dəyərli nümayəndələri həm dünya, həm də ittifaq səviyyəsində zəif tanınırdı.

XX əsrin ortalarından başlayaraq bu tarixi missiyanı, bu rolu tədricən siyasi səhnədə böyük nüfuz qazanmağa başlayan Heydər Əliyev uğurla həyata keçirməyə başladı.

Ulu öndər bu istiqamətdə ilk addımlarını respublika təhlükəsizlik orqanlarında çalışdığı dövrdə atmağa başlamışdı. Bir tərəfdən bu struktura bacardığı qədər milli kadrlar cəlb etməklə o, Azərbaycan xalqının milli maraqlarını qoruyacaq bir güclü dayaq dəstəsi yaradırdı. Xalq arasından çıxan, milli dəyərlərə və müasir fikirlərə bağlı olan kadrlar xalqın problemlərinin həllinə daha məsuliyyətlə və daha yaradıcı yanaşırdılar. Həmçinin təhlükəsizlik orqanlarına işə götürülən azərbaycanlı gənclər özləri də sonradan milli elitanın qorunmasında, onlara qarşı təqiblərin qarşısının alınmasında böyük rol oynayacaqdılar.

Eyni zamanda Heydər Əliyev tərəfindən təhlükəsizlik orqanlarına işə götürülən gənclər sonradan başqa sahələrə keçərək Azərbaycan ziyalı təbəqəsinin aparıcı fiqurlarına çevrildilər və respublikada milli düşüncənin və milli-azadlıq fikirlərinin yayılmasında böyük rol oynadılar.

Heydər Əliyev DTK rəhbərliyində olarkən, ilk növbədə, çoxsaylı Azərbaycan ziyalılarının təqib edilməsinin və yaradıcılığına qadağalar qoyulmasının qarşısını aldı. Məhz bu səbəbdəndir ki, onun DTK-ya və Azərbaycan SSR-ə rəhbərliyi dövründə Azərbaycanda heç kəs millətçilik, antisovet təbliğatı və disident hərəkatında iştirakına görə cinayət məsuliyyətinə cəlb edilmədi.

O, DTK sədri kimi müxtəlif ziyalılarla təklikdə və ziyalı kollektivləri ilə görüşlərində onları yaradıcılığa səsləyir, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı tədqiqatlarını dəstəkləyirdi. Həmin dövrdə erməni millətçilərinin ziyalılarımızın ləkələnməsinə yönəlmiş hərəkətlərinin qarşısı qətiyyətlə alınırdı.

Azərbaycan ziyalılarının qorunması və onlara qayğı göstərilməsi prosesi Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər təyin edilməsi ilə daha da genişləndi və bu, bir sistem halını almağa başladı.

Heydər Əliyevin 1969-cu ildən Azərbaycanın birinci şəxsi olması onun milli ziyalı təbəqəsini yaratması üçün imkanlarını xeyli genişləndirdi. Ciddi ideoloji çərçivələrin mövcudluğuna, erməni millətçilərinin Moskvaya ciddi təsirinə baxmayaraq, 13 illik birinci siyasi hakimiyyət dövründə bir çox böyük və əhəmiyyətli işlər görmək mümkün oldu.

İlk növbədə, Azərbaycan dilinin rus dili ilə yanaşı, dövlət, məhkəmə və gündəlik ünsiyyət dili kimi işlənməsi üçün ciddi addımlar atıldı. Bu istiqamətdə Heydər Əliyev hələ DTK sədri işləyən dövrdə əhəmiyyətli işlər görmüşdü. Onun əmək kollektivləri ilə görüşlər zamanı Azərbaycan dilində danışması, 1969-cu ilin may ayında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi cəmiyyətdə ciddi əks-səda doğurmuşdu.

Azərbaycan rəhbəri olduqdan sonra yerli xalqın dilinin istifadə edilməsinə xüsusi əhəmiyyət verilməyə başlandı. Azərbaycan dilində televiziyaradio verilişlərinin sayı kəskin surətdə artdı, qəzet və jurnalların sayı və tirajı çoxaldı, kitab buraxılışı xeyli artdı. Azərbaycan dilində orta məktəblərin sayı artdı, ali məktəblərdə bu dildə tələbə qəbulu əhəmiyyətli dərəcədə çoxaldı, elmi-texniki kitabların buraxılışına ciddi diqqət yetirildi. Müvafiq olaraq Azərbaycan dilində dərs keçən professor-müəllim heyətinin sayında da artım oldu. Azərbaycan dilinin istifadə arealının böyüməsi azərbaycandilli ziyalı təbəqəsinin güclənməsinə səbəb olduonlar ictimai fikirdə aparıcı yer tutmağa başladılar.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan edildi. Bu, milli özünüdərk yolunda atılan ən mühüm addımlardan biri idi. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu almasını sadəcə dil məsələsi kimi deyil, həm də azərbaycançılıq məsələsi kimi dəyərləndirirdi.

Tanınmış Amerika tədqiqatçısı Tadeuş Svetoxovski özünün "Azərbaycanda rus idarəçiliyi, müasir elitamilli eyniliyin təşəkkül tapması” ("Russkoe pravleniye, modernizatorskiye elitı i stanovleniye natsionalnoy identiçnosti v Azerbaydjane”) əsərində dövlət idarəçiliyi sisteminin milliləşdirilməsi barədə belə yazır: "Ziyalı təbəqəsinin ruslaşdırılması prosesinin inkişaf etməsinə baxmayaraq, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1969-cu ildə milli nomenklaturanın birləşməsi baş verir. Azərbaycan Kommunist Partiyasının I katibi kimi H.Əliyev yüksək idarəetmə postlarına etnik azərbaycanlıları çəkməklə yenidən milliləşdirmə siyasətinə qayıtdı... Sübut edirdi ki, milli nomenklatura ölkədəki duruma görə məsuliyyəti nəinki öz üzərinə götürə bilər, hətta bunu etməlidir”.

1969-1982-ci illərdə Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda altı yeni ali məktəb - Naxçıvan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Texnologiya İnstitutu, Xankəndi Pedaqoji İnstitutu və Sumqayıt Ali Texniki Təhsil Məktəbi açıldı. Bunlarla yanaşı, Sovet İttifaqının müxtəlif şəhərlərinin nüfuzlu ali məktəblərində Azərbaycan üçün yüksəkixtisaslı kadr hazırlığına diqqət yetirilməyə başlandı.

İldən-ilə artan tələbə göndərişi ötən əsrin 80-ci illəri üçün hər il iki min nəfərə yaxın göndəriş səviyyəsinə gəlib çatmışdı. 1982-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə azərbaycanlı tələbələr təhsil alırdı. Təhsillərini başa vurduqdan sonra onlar Azərbaycana qayıdaraq mütəxəssis kimi çalışır, bir qismi isə təhsil aldıqları bölgədə qalaraq, elm, incəsənət, iqtisadiyyat sahələrində Azərbaycanı layiqincə təmsil edərək, gələcək diasporamızın əsasını yaradırdılar.

Heydər Əliyev 1998-ci il avqustun 31-də 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış 2500-dən çox gənc mütəxəssislə görüşündə o dövrdəki vəziyyəti belə təsvir etmişdir: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım... Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir... Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmağın lazım gəldiyini bir daha dərk etdim. Çünki, birincisi, avqustun sonları idi, sentyabrın 1-də dərslər başlanmalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər... Mən bu işlə məşğul oldum... Mən istəyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlayaq. Bu təşəbbüsün doğulmasının səbəbi və məqsədi bundan ibarət olmuşdur”.

Həmin görüşdə Ümummilli Lider vurğulamışdır: "...Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərinin, institutlarının imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik... Şübhəsiz ki, bu sahədə həm dövlət proqramı olmalıdır...”

1969-cu ildə SSRİ-nin aparıcı ali məktəblərində təhsil almaq üçün müsabiqədənkənar 50 yer ayrılsa da, cəmi 13 nəfər göndərilmişdi ki, onlardan da cəmi 4-ü azərbaycanlı idi.

Heydər Əliyev iqtisadiyyatın, elmin, mədəniyyətin və ictimai həyatın müxtəlif sahələri üzrə kadr hazırlığını ciddi diqqətdə saxlayırdı. Gənc alimlər nüfuzlu ali məktəblərin aspirantura və doktoranturasına göndərilir, onların Sovet İttifaqı və dünya səviyyəsində tanınmasına dəstək verilirdi. Azərbaycandan kənarda, xüsusilə də Ermənistanda dövlət idarəetmnə orqanlarında təmsil olunan azərbaycanlı kadrların fəaliyyəti ilə maraqlanılır, onlara qarşı əsassız təzyiqlərin qarşısının alınmasına çalışılırdı.

Ulu Öndərin fəaliyyəti sayəsində Azərbaycanda ədəbiyyat və mədəniyyət klassikləri ilə yanaşı, həmin dövrdə tanınmış olan yazıçı və şairlər - Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, bəstəkarlar - Qara Qarayev, Niyazi, Fikrət Əmirov, müğənnilər - Müslüm Maqomayev, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Rəşid Behbudov dünya səviyyəsində tanınmağa başladılar. Onların yaradıcılıqlarına yaxşı şərait yaradıldı, əsərləri xarici dillərdə dərc edildi, onlar SSRİ-nin ən yüksək fəxri adlarına layiq görüldülər, beynəlxalq tədbirlərin daimi dəvətli nümayəndələrinə çevrildilər.

Rəssamlar üçün yaradıcılıq evləri inşa edildi, onların əsərlərinin respublikadan kənarda sərgilərinin keçirilməsi, bu əsərlərin nüfuzlu kataloqlara salınması ənənəyə çevrildi. Teatr və kinematoqrafiyanın inkişafına xüsusi diqqət ayrıldı, milli tariximizə və cəmiyyətin aktual məsələlərinə dair teatr tamaşaları hazırlandı, kinofilmlər çəkildi.

Yaradıcılıq ittifaqlarının - Azərbaycan Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqının fəaliyyətlərinə Heydər Əliyev xüsusi diqqət edirdi, onların qurultaylarında şəxsən iştirak edirdi. Yaradıcı insanların inkişafını, onların sərbəst və azad yaradıcılıqla məşğul olmasını dəstəkləyirdi. Azərbaycanın istedadlı rəssamı Tahir Salahovun SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilməsi Azərbaycan incəsənətinin böyük arenada qəbul edilməsi idi.

DTK-da işlədiyi və Azərbaycanda birinci siyasi hakimiyyəti dövründə milli ziyalı təbəqəsinin formalaşmasına olan qayğı Heydər Əliyevin fəaliyyətinin növbəti mərhələlərində də uğurla davam etdirilirdi. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə bu siyasət yaranmış yeni situasiyadan irəli gələrək daha dərin və məzmunlu həyata keçirilməyə başlandı.

 

Aydın MİRZƏZADƏ,

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası İcra Katibliyi Siyasi

 təhlil və proqnozlaşdırma şöbəsinin müdiri

Azərbaycan.-2020.- 9 may.- S.6.