Beynəlxalq səviyyədə təqdir olunan siyasət

 

İlham ƏLİYEV: "Ən böyük qiyməti Azərbaycan xalqı verir”

 

 

Bu günlərdə Sumqayıtda ikinci tibbi maska fabrikinin istifadəyə verilməsi Azərbaycanda koronavirusa qarşı həyata keçirilən kompleks mübarizənin növbəti təsdiqi oldu. Belə ki, bu müəssisənin işə salınması göstərdi ki, respublikamızda həm qoruyucu tibbi ləvazimatlara olan ehtiyac məhz daxili istehsal hesabına ödənilir, həm də pandemiya şəraitində iqtisadi fəallıq və məşğulluq təmin edilir. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətinin ilk növbədə insan amilinə xidmət etməklə kifayət qədər dolğun və əhatəli olmasından xəbər verir.

 

 

Nümunəyə çevrilən fəaliyyət

 

 

Hazırda dünyanın bütün ölkələri öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Buna baxmayaraq, son statistikaya görə bu infeksiyaya yoluxanların sayı 4,3 milyonu, vəfat edənlərin sayı isə 290 mini ötüb. Virus xüsusən ABŞ və inkişaf etmiş Avropa ölkələrində daha ciddi fəsadlara, xeyli sayda yoluxmainsan itkisinə səbəb olub.

COVID-19 Azərbaycandan da yön ötmədi. Lakin Prezident İlham Əliyevin tapşırıq göstərişlərinə əsasən dərhal həyata keçirilən zəruri qabaqlayıcı, çevik sistemli preventiv tədbirlərin, atılan profilaktik təxirəsalınmaz addımların nəticəsində virusa kütləvi yoluxmanın qarşısı alındı. Bununla bir daha təsdiq olundu ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyi hazırkı qlobal problemin təsirindən müdafiəsi respublikamız üçün ən vacib prioritet məsələdir.

Təsadüfi deyil ki, bu gün Azərbaycanın adı koronavirusa qarşı ən səmərəli mübarizə tədbirləri həyata keçirən ölkələrlə birgə çəkilir. Beynəlxalq təşkilatlar da respublikamızda virusa qarşı atılan qabaqlayıcı addımları digər dövlətlərə nümunə olaraq görürlər. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus Prezident İlham Əliyevə ünvanladığı növbəti məktubunda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün bir daha Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda o, Azərbaycan Prezidentinin milli, regional qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya həmrəyliyə dəstəyini nümunəvi adlandırıb bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. Sumqayıtda tibbi maska fabrikinin qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün hamımızı bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir”.

 

 

Azərbaycan öz vətəndaşlarını layiqincə qoruyur

 

 

Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. İki gün əvvəl Sumqayıtda "Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin istifadəyə verilməsi bu tədbirlərin tərkib hissəsidir. Xatırladaq ki, ilk tibbi maska istehsalı müəssisəsinin açılışı da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında olmuşdu.

Onu da qeyd edək ki Azərbaycanda vaxtilə yaradılmış iqtisadi infrastruktur qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkil olunmasına imkan verib. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması üçün atılan addımların uğurlu nümunəsi kimi təqdirəlayiqdir.

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar son dövrlərdə tibbi maskaya, qoruyucu geyimlərə bütün dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır, eyni zamanda möhtəkirlər də yaranmış vəziyyətdən istifadə edərək, idxal olunan tibbi maskaların qiymətini artırırlar. Bu baxımdan Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması isə xüsusilə əhəmiyyət kəsb edir.

Bu koronavirusla mübarizəyə mühüm töhfədir və ölkəmizin bu sahədə asılılığını aradan qaldırır. Eyni zamanda koronavirus pandemiyası şəraitində yeni yerlərinin yaradılması mütərəqqi sosial siyasətin təsdiqidir. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə, öz növbəsində, istehsal gücünü artırmağa imkan verəcək. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq. Qoruyucu kombinezonun istehsalı prosesinə isə 210 işçi cəlb olunub.

Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Bu baxımdan Sumqayıtda tibbi maska istehsalı müəssisələrinin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

Ən əsası, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət kifayət qədər mütərəqqi təcrübənin formalaşmasına gətirib çıxarıb. Çünki başlıca məsələ vətəndaşların sağlamlığıdır ki, bu sahədə də ölkəmizin nəticələri kifayət qədər yüksəkdir. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan öz vətəndaşlarını koronavirusdan layiqincə qoruyur. Görünən odur ki, respublikamız bu qlobal problemin öhdəsindən layiqincə gələcək, bundan sonra da öz inkişafını uğurla təmin edəcək.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 14 may.- S.1;3.