Yeni çağırışlara uyğun inkişaf strategiyası

 

Prezident İlham Əliyev pandemiya dövründə də yüksək rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatlarını davam etdirir

 

 

Dünyada, o cümlədən Azərbaycanda qlobal pandemiya təhlükəsi hələ də sovuşmadığı üçün virusla mübarizə tədbirləri, maarifləndirmə işləri davam etdirilir.

Əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetini təşkil edir. Məhz dövlət başçısının problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı.

Xalqın sağlıq durumunu diqqətdə saxlayan Prezident eyni zamanda ölkədə makroiqtisadi sabitliyin qorunması üçün tədbirləri, eləcə də struktur-kadr islahatlarını davam etdirməkdədir. Ölkədə baş verən proseslərə nəzər yetirsək, bunun şahidi olarıq.

Bəzi rayon icra hakimiyyəti başçılarının, icra nümayəndələrinin həbs olunması, yeni baş prokurorun təyinatı, paralel olaraq pandemiyanın vurduğu zərərə görə sahibkarlara dövlət yardımının edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi, habelə cəza siyasətinin humanistləşdirilməsi aparılan islahatların davamı kimi qiymətləndirməlidir.

Ötən həftə Kamran Əliyevi Azərbaycan Respublikasının baş prokuroru təyin edən dövlət başçısı, videoformatlı qəbulda iqtisadistruktur islahatlarına geniş şəkildə toxundu.

Ən islahatçı Prezident vurğuladı ki, bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır. Hətta müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi.

Əlbəttə ki, kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Həyata keçirilən köklü islahatlar ölkənin siyasiictimai həyatının bütün sahələrini əhatə edir. Prezident Administrasiyası, Nazirlər KabinetiMilli Məclisdə aparılan islahatların əsas məqsədlərindən biri dövlət hakimiyyəti orqanlarının fəaliyyətini müasir dövrün çağırışları səviyyəsində qurmaq idi. Dövlət başçısı bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu nəzərə alaraq məlum sərəncamı imzaladı.

Azərbaycan Respublikasında hər bir sahədə aparılan islahatların nəticəsi ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Çünki islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Prezidentin dediyi kimi, bu islahatlar ölkənin gələcək dayanıqlı inkişafını şərtləndirir və islahatlarsız tərəqqi də mümkün deyil.

Əlbəttə ki, Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verirbu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək.

Kadr islahatlarının davam etdiriləcəyini söyləyən Prezident dedi ki, məhz bu islahatlar peşəkar, savadlı gənc kadrların müxtəlif vəzifələrə təyin edilməsi ilə nəticələnib: "Kadr islahatları aparılır və bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildihesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, eləcə də beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksəkkeyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, həm də parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir”.

Dövlət başçısı onu da vurğuladı ki, kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalı, fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir. İlk növbədə, dövlətçiliyə sədaqət prinsipləri həmişə üstün olmalıdır.

Hər kəs şahiddir ki, dövlət başçısı yeni vəzifəyə təyin etdiyi şəxsi qəbul edirona ciddi tapşırıqlarını, doğru məsləhətlərini verir. Lazım gəldikdə hətta ciddi şəkildə cəzalandırır.

Bütün bunları həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar da görürlər. Ona görə də hazırlanan hesabatlarda Azərbaycanda sosial-iqtisadi islahatların uğurla aparıldığı qeyd olunur. Dünya Bankının "Doing Business 2020” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçilməsi, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevi - islahatların rəhbərini birmənalı dəstəkləməsi söylənilənlərin real təsdiqidir.

Bir sözlə, Prezidentin sosial-iqtisadi və siyasi islahatlarının uğurları göz önündədir. Cənab İlham Əliyevin mütərəqqi islahatları ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tuturkompleks xarakter daşıyır.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 14 may.- S.1;8.