Hikmət Hacıyev: Azərbaycan
COVID-19-a qarşı mübarizədə də təşəbbüskar
dövlət kimi çıxış edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir. Azərbaycan milli səviyyədə əldə etdiyi nailiyyətlərin davamı olaraq, qlobal səviyyədə gedən prosesləri də yaxından dəstəkləyir və COVID-19 virusuna qarşı mübarizədə də təşəbbüskar bir dövlət olaraq çıxış edir.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Azərbaycan
Respublikası Prezidentinin köməkçisi-Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla
bağlı keçirilən brifinqində bildirib.
"Belə
ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
çox qısa bir vaxt kəsimində, yəni, aprelin 10-da və
mayın 4-də iki mötəbər Zirvə
görüşü - Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının və Qoşulmama Hərəkətının
onlayn Zirvə görüşləri keçirildi. Bütün bunlar Azərbaycan
Respublikası tərəfindən qlobal həmrəyliyə,
əməkdaşlığa verilən töhfələrdir.
Azərbaycan.-2020.- 14 may.- S.2.