Paşinyan ailəsinin faşizmlə birbaşa əlaqəsi ifşa olundu

 

Ermənistanda nasizm dövlət siyasətinə çevrilib

 

Azərbaycanlılara qarşı soyqırımı ideologiyasına sadiq qalanbu xüsusda neçə qanlı cinayətə əl atan Ermənistanda faşizmin çiçəklənməsini indi heç kim təəccüblə qarşılamır. O da təəccüb doğurmur ki, faşizm yolunda fəaliyyəti heç kimə sirr olmayan Qaregin Njde Ermənistanda qəhrəmana çevrilib. Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan İkinci Dünya müharibəsində qələbənin növbəti ildönümü ilə bağlı bildirir ki, Nikol Paşinyan rejimi üçün Qaregin Njde qəhrəmandır.

Elə Nikol Paşinyan özü də çıxışlarında dəfələrlə Njdeni tərifləyib. İndi də məlum olur ki, baş nazirin babası 1943-cü ildə nasist Almaniyası sıralarında, daha dəqiq desək, SS-in legionunda Qaregin Njde ilə çiyin-çiyinə döyüşüb. Bu mənada Paşinyanın faşizm sevgisi təsadüf sayılmır.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra nasist Njdeyə Yerevanda ucaldılmış abidəni nəinki götürtmək niyyətində deyil, əksinə onun təbliğatını genişləndirir. Bu, Ermənistanın faşizm ideologiyasına xidmət etməsini bir daha sübut edir. Görünən budur ki, Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir.

Bunlar bir daha təsdiq edir ki, Ermənistanda faşizm ideologiyası, etnik təmizləmə və terrorizm dövlət siyasətinə çevrilib.

Bütün bunlar beynəlxalq ekspertlər tərəfindən də kəskin şəkildə qınanır. Bu xüsusda rusiyalı ekspert Dmitri Verxoturovun açıqlamaları xüsusi diqqət cəlb edir: "Nikol Paşinyan 9 may ərəfəsində öz babası - Nikol Paşinyan barədə məlumatlar paylaşıb və onun Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəman olduğunu deyib. Amma tezliklə bir çox saytlarda dərc olunan sənədlər əsasında məlum olub ki, baş nazirin babası almanlar tərəfində döyüşüb, başqa sözlə, düşmən tərəfə keçib və nəticədə həlak olub. Dəfn kağızında Nikol Paşinyanın tərcümeyi-halı ilə bağlı bir çox faktlar əks olunub. Kağızda göstərilib ki, o, 29 sentyabr 1943-cü ildə həlak olub, ölüm səbəbi qarın nahiyəsində olan güllə yarasıdır. 1943-cü ildə erməni legionu Vermaxta tabe olurduonun batalyonları SS strukturlarında təlim keçirdi. Legion əsasən erməni millətinə mənsub hərbi əsirlərdən təşkil olunmuşdu. Əksər vaxtlarda bu, könüllü əsaslarda təşkil olunurdu. Amma bu, legioner Nikol Paşinyana şamil edilmir. Dəfn kağızına əsasən demək olar ki, o, könüllü şəkildə döyüşübxüsusi canfəşanlıqla özünü göstərib”.

Digər ekspert İqor Korotçenko da məsələyə maraqlı prizmadan nəzər salır. O, ermənilərdən fərqli olaraq Azərbaycanın faşizm üzərində qələbəyə mühüm töhfələr verdiyini bildirir. Ekspertin sözlərinə görə, Qafqaz uğrunda döyüş 1942-1943-cü illərin ən mühüm hadisəsi idi, həmin dövrdə sovet tərəfinin hədəfi Vermaxt qüvvələrinin Qafqaza soxulmasına yol verməməkdən ibarət idi: "Hitlerin əsas strateji məqsədi - Azərbaycanı, Bakını tutmaq, Sovet Azərbaycanının neft mədənlərini Hitler Almaniyasının nəzarəti altına keçirmək idi. Bu niyyət baş tutmadı. Abver xətti ilə, Almaniyanın başqa xüsusi xidmət orqanlarının xətti ilə Azərbaycana çoxsaylı təxribat qrupları göndərilirdi. Mən Azərbaycan SSR-in dövlət təhlükəsizliyi orqanlarının əla işini xüsusi qeyd etmək istərdim. Onlar respublikanın ərazisində heç bir ciddi terror aktı törədilməsinə imkan verməyib və beləliklə, bizim ümumi qələbəmizə müəyyən töhfə veriblər”.

İqor Korotçenko daha sonra bildirib ki, bu gün Azərbaycan neft sərvətlərini artırır, neftçıxarma və neft emalı sənayesini inkişaf etdirir: "Azərbaycan dünyada stratejienerji sabitliyinə həlledici töhfə verir. Rusiya Azərbaycana postsovet məkanında özünün həmişə dəqiq, aydın və anlaşılan siyasət yürüdən strateji əhəmiyyətli tərəfdaşı kimi baxır. Azərbaycan dünyadapostsovet məkanında nasizmin qəhrəmanlaşdırılmasının hər hansı təzahürlərini həmişə qətiyyətlə pisləyib. Bu səbəbdən biz Böyük Vətən müharibəsi ilə bağlı xatirələrin qorunmasına yönəlmiş dəqiq və ardıcıl siyasətə görə bütün Rusiya xalqı adından Azərbaycana, Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Biz buna görə, sabitliyin və əlbəttə, Rusiya ilə dostluğun möhkəmlədilməsi üçün Azərbaycanın göstərdiyi səylərə görə Azərbaycan xalqına və onun Prezidentinə təşəkkür edirik”.

İndinin özündə də Azərbaycan və Ermənistanın faşizmə yanaşması fərqlidir. Azərbaycan bunu pislədiyi halda Ermənistan faşizmi ideologiya olaraq seçməkdən çəkinmir. Bu, həm də onu sübut edir ki, Ermənistanın baş naziri birbaşa babasının və soyqırımı ideologiyasının erməni banilərinin mirasını davam etdirir. Ermənistanla yanaşı, müxtəlif ölkələrə səpələnmiş erməni diasporu da Njdenin timsalında faşizmin qəhrəmanlaşdırılması istiqamətində çalışır, müxtəlif şəhərlərdə nasist cəllada abidələr ucaldırlar. Dünyanın artıq buna "dur” deməsinin zamanı çatıb.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 15 may.- S.1;7.