“Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

1. "Sərhəd mühafizü orqanları haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 4, maddə 199; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1078; 2013, ¹ 2, maddə 94; 2016, ¹ 1, maddə 10; 2017, ¹ 4, maddə 519, ¹ 12 (I kitab), maddə 2201; 2018, ¹ 7 (I kitab), maddə 1402) 2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində "hərbi peşə təhsili məktəblərindənsözləri "xüsusi təyinatlı təhsil müəssisələrindənsözləri ilə əvəz edilsin.

2. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145, ¹ 5, maddə 691, ¹ 7, maddələr 1277, 1300, ¹ 12 (I kitab), maddə 2202; 2018, ¹ 7 (I kitab), maddələr 1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə 1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə 1684, ¹ 12, maddə 1881) 14.8-1-ci maddəsində "dövlət,” sözü "bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habeləsözləri ilə əvəz edilsin.

3. "Peşə təhsili haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1152; 2019, ¹ 5, maddə 799, ¹ 6, maddə 986, ¹ 11, maddə 1685) 13.8-ci maddəsinin birinci cümləsində "Peşəsözü "Dövlət peşəsözləri ilə əvəz edilsin həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bələdiyyə özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2020-ci il

Azərbaycan.-2020.- 16 may.- S.3.