“Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 472; 2001, ¹ 3, maddə 148; 2002, ¹ 5, maddə 238; 2003, ¹ 4, maddə 178; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə 201; 2008, ¹ 2, maddə 47; 2009, ¹ 10, maddə 769; 2013, ¹ 3, maddə 209; 2014, ¹ 4, maddə 338, ¹ 10, maddə 1152; 2016, ¹ 12, maddə 2011; 2017, ¹ 2, maddə 142, ¹ 6, maddə 1013; 2018, ¹ 7 (I kitab), maddə 1398; 2019, ¹ 1, maddə 20) 1-ci maddəsinin 2-ci hissəsinə "Azərbaycan Respublikasının” sözlərindən əvvəl ", "İctimai iştirakçılıq haqqında” sözləri əlavə edilsin.

Maddə 2. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1397; 2019, ¹ 6, maddə 991, ¹ 12, maddə 1917) 1.2-ci maddəsinə "Ətraf mühitin mühafizəsi haqqında” sözlərindən sonra ", "İctimai iştirakçılıq haqqında” sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il

Azərbaycan.-2020.- 16 may.- S.3.