Əsl liderlik missiyası

 

Prezident İlham Əliyevin qlobal təşəbbüsləri bu gün dünya liderləri, aparıcı biznes maliyyə institutları tərəfindən təqdir edilir

 

 

Bu gün Azərbaycan sözün həqiqi mənasında tam müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, dünya birliyinin etibarlı layiqli üzvü olan dövlətdir. Son 17 illik sürətli inkişafın təzahürü isə buna əyani misaldır. Bu uğurları şərtləndirən əlbəttə ki, ölkəyə rəhbərlik edən cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu gün davam etdirilən sosial-iqtisadi layihələr, mütərəqqi islahatlardır.

Azərbaycan Prezidentinin Cənubi Qafqaz regionunda həyata keçirdiyi birbaşa iştirakçısı olduğu beynəlxalq layihələr ölkəmizə həm siyasi, həm iqtisadi dividendlər qazandırır. Bütün bunlar isə təkcə ölkə ictimaiyyəti deyil, həm dünyanın aparıcı sosial-iqtisadi mərkəzləri tərəfindən hər zaman yüksək qiymətləndirilir.

 

 

Qlobal təşəbbüsləri müstəqil xarici siyasəti ilə nüfuzu daim yüksələn lider

 

 

Güclü siyasi liderin fəaliyyətinin təsir dairəsi bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan, bu gün cənab İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət həm regionda, həm dünya miqyasında gedən siyasi-iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə fəal aktorlardan birinə çevrilib. Ölkəmiz Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.

Cənab İlham Əliyevin qlobal təşəbbüslərinin nailiyyətləri bu gün beynəlxalq miqyasda təqdir edilir. Bunu böyük dövlətlərin başçıları qeyd edir, xarici mətbuat nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər. Dünya Bankı ölkəmizin liderini ən islahatçı Prezident adlandırır. Bu da bir daha sübut edir ki, cənab İlham Əliyev beynəlxalq miqyasda böyük nüfuza malikdir.

Məhz bəşəriyyətin ağır qlobal böhranla üzləşdiyi bir zamanda Azərbaycan Prezidentinin təşəbbüslərinin dünyanın tanınmış ictimai-siyasi xadimləri, diplomatları tərəfindən yüksək qiymətləndirilməsi, eləcə , başqalarına nümunə kimi göstərilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur.

Son bir neçə ayda Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan tədbirlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, Qoşulmama Hərəkatının tarixində ilk dəfə təşkil olunan videokonfrans, həmçinin ABŞ Prezident Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən cənab İlham Əliyevə ünvanlanan məktublar digər faktlar Azərbaycan Prezidentinin dünya miqyasında nüfuzunun daim artdığının birbaşa göstəricisidir.

 

 

Hər sahədə müasir texnologiyaların tətbiqi

 

 

Son iki həftədə Azərbaycan Prezidenti ilə Avropa Yenidənqurma İnkişaf Bankı beynəlxalq CISCO şirkətinin rəhbərliyi arasında keçirilən videokonfranslarda səslənən fikirlər deyilənlərin real təsdiqidir.

Bu görüşlərdə Azərbaycan Prezidentinin qlobal pandemiya ilə mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlərin effektiv nəticələri, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10-dan artıq dövlətə göstərdiyi yardımlar çox yüksək dəyərləndirildi.

CISCO şirkətinin icraçı vitse-prezidenti baş maliyyə direktoru xanım Kelli Kramer bildirdi ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini nümayiş etdirib. Bu, onlara çox böyük təəssürat bağışlayıb.

Konfransda dövlət başçısı Azərbaycanın CISCO şirkətinin "Smart ölkəlayihəsini dəstəklədiyini vurğulayaraq qeyd etdi ki, qarşıya qoyulan məqsəd hər sahədə müasir texnologiyaların tətbiqi ilə uğurlu inkişafdır.

Xanım Kelli Kramer üçün Azərbaycan Prezidenti kimi liderin texnologiyaya belə açıq olması onun ölkə üzrə tətbiqinə hazır olması məmnunedici haldır. Çünki cənab İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir.

ABŞ-ın tanınmış şirkəti olan bu şirkətin rəhbərliyi ilə keçirilən maraqlı konfransda cənab İlham Əliyev, həmçinin iki ölkə arasındakı münasibətə toxunaraq əlaqələrin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyən Prezident Donald Trampın məktubunu da xatırlatdı: "Öz məktubunda Prezident Tramp yazır ki, təxminən 30 ildir Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi, enerji təchizatının şaxələndirilməsini, siyasi islahatlar məsələlərini təmin etmək üçün birgə işləyirlər. Həmin məktubda, o, xüsusi olaraq qeyd edir ki, iki böyük dövlətimiz gələcəkdə daha çox işlər görəcək. Bu, ABŞ ilə Azərbaycan arasında dostluğun çox mühüm təzahürüdür”.

CISCO şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Spərrou isə qurumun Azərbaycanla fantastik əməkdaşlığından söz açaraq dedi ki, şirkət bu əlaqələrin davamlı olmasını arzulayır.

Prezident İlham Əliyev isə əminliklə vurğuladı ki, strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək: "Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür”.

Dövlət başçısı hesab edir ki, potensiallar səfərbər edilməklə nisbətən qısa müddət ərzində çox işlər görmək mümkündür. Bu isə cənab İlham Əliyevin Azərbaycanın daha da müasirləşdirilməsi baxışına tam uyğun olacaq.

 

 

Liderlik keyfiyyəti və siyasi iradənin uğurlu göstəricisi

 

 

Bütün qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, cənab İlham Əliyevin bilavasitə qlobal lider olaraq dünya səviyyəsində irəli sürdüyü təşəbbüslər, pandemiyaya qarşı birgə mübarizə, qlobal bəladan birgə çıxış yollarının axtarılıb araşdırılması, eyni zamanda, iqtisadi tənəzzüldən və bir çox sahələrdəki çətinliklərdən çıxmaqla bağlı birgə konkret tədbirlər planının hazırlanması dünya birliyi tərəfindən dəstəklənir.

Prezidentin bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Birliyi, BMT, Qoşulmama Hərəkatı, Türk Şurası kimi dünyanın bir çox aparıcı və nüfuzlu beynəlxalq təşkilatları və qurumları ilə əməkdaşlığa çağırışlarına verilən müsbət rəylər cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin uğurlu göstəricisidir.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 19 may.- S.1;3.