“Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 1, maddə 46; 2018, ¹ 7 (I kitab), maddə 1492; 2019,
¹ 3, maddə 414, ¹ 7, maddə 1247, ¹ 10, maddələr 1580, 1592;
2020, ¹ 2, maddə 109) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası dövlət büdcəsinin vəsaiti hesabına
saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi qulluqçularının və Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
sisteminə işə götürülən işçilərin
ştat sayının həddi”ndə dəyişiklik təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2020-ci il
Azərbaycan.-2020.-
21 may.- S.3.