Cəsarətli, təşəbbüskar, ən islahatçı PREZİDENT

 

Cənab İlham Əliyev mütərəqqi siyasəti ilə qlobal böhranla mübarizəyə həm daxildə, həm də beynəlxalq səviyyədə böyük dəstək verir

 

 

İlin əvvəlindən bəşəriyyət üçün dəhşətli kabusa çevrilən koronavirus pandemiyası hələ də can almaqda, iqtisadiyyata ağır zərbələr vurmaqdadır. Bu fakt isə onu deməyə əsas verir ki, bəzi dövlətləri postpandemiya dövründə çox ağır günlər gözləyir. Lakin ilkin dövrdən qlobal pandemiyanı ciddiyə alıb qabaqlayıcı tədbirlər görən, müxtəlif proqramlar hazırlayan ölkələrin bu böhrandan az itki ilə çıxmaq imkanına malik olduqlarını da söyləyə bilərik.

Sevindiricidir ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan da bu dövlətlər sırasındadır. Çünki virusun miqyasının getdikcə böyüdüyü zamanda dövlət hər zamankı kimi insan amilini üstün tutaraq vətəndaşın sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər gördü. Bunun müsbət nəticəsi isə göz önündədir.

 

Pandemiya dövründə hazırlanan ən böyük sosial-iqtisadi paket

 

Prezident İlham Əliyev ölkədə elan edilən karantin dövründə əhalinin sosial-rifah halının çətinləşməməsi üçün müstəqillik tariximizin ən böyük sosial-iqtisadi paketini təqdim etdi. Bu proqramla dövlət işləməyən vətəndaşların əməkhaqqını ödədi, aztəminatlı ailələrə maliyyə yardımları göstərdi. Bununla yanaşı, Azərbaycan pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına və bəzi dövlətlərə yardım etdi.

Bir sözlə, Azərbaycan regionalqlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verərək bir daha dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.

Mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında cənab İlham Əliyev pandemiya dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələri, görülən işləri dəyərləndirdi. Gəlin, bir daha onlara nəzər yetirək:

 

- 3,5 milyard manatlıq sosial-iqtisadi paket;

- Dövlət sektorunda işləyən 900 min insanın əməkhaqqı tam ödənildi;

- Özəl sektorda çalışan 700 min insanın maaşının əhəmiyyətli hissəsi ödənildi;

- 600 min insana 2 ay müddətində 190 manat maliyyə vəsaiti verildi;

- 80 min ailəyə hər ay 220 manatdan çox ünvanlı sosial yardım ödənilir;

- Sahibkarlara maliyyə yardımları müxtəlif güzəştlər edildi;

- Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edildi;

- 13 dövlətə, 3 beynəlxalq təşkilata müxtəlif formada yardım göstərildi;

- Tibbi ləvazimat, maska kombinezonları istehsal edən 2 zavod açıldı;

- Virusa yoluxan insanların müalicəsi üçün yeni xəstəxanalar açıldı;

- Ölkədə heç bir sosial layihə təxirə salınmadı.

Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasətinin növbəti təntənəsidir desək, heç yanılmarıq. Göründüyü kimi, Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması pandemiya dövründə davam etdirilib.

Cənab İlham Əliyev bir daha həyata keçirilən sosial proqramlara diqqət yetirərək vurğuladı ki, ilin əvvəlində, yəni pandemiyanın alovlanan dövründə bir dənə olsa sosial proqram ixtisar edilməyəcək. Eyni zamanda sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət həyata keçirilən əməli-praktiki addımlar bir daha dövlət siyasətinin mahiyyətini göstərir.

 

 

Ən mütərəqqi insansevər təcrübə

 

 

Prezident həmçinin pandemiya dövründə həyata keçirilən xarici siyasətə toxunaraq vurğuladı ki, Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə yüksək imicə malik olan ölkədir. Hər zaman olduğu kimi, pandemiya dövründə Azərbaycan istənilən dövlətlə təcrübəsini bölüşür.

Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi ən insansevər təcrübədir. Azərbaycan Prezidenti isə region bütövlükdə dünya üçün çox faydalı olan təşəbbüslər irəli sürür. Ümumdünya Səhiyyə Təşkilatı isə bir çox ölkələrə Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyə edir. Bununla yanaşı, Azərbaycan köməyə ehtiyacı olan dövlətlərə yardımlar edib xeyirxahlıq missiyasını davam etdirməkdədir: "Xarici siyasətə gəldikdə, biz həmişə əməkdaşlığa üstünlük vermişik bunun faydasını görmüşük. Harada imkanımız olub, əgər imkanımız olubsa, kömək etməyə çalışmışıq etmişik. Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”.

Dövlət başçısı son 2 ayda öz təşəbbüsü ilə videokonfrans formatında keçirilən beynəlxalq təşkilatların zirvə görüşlərini də xatırlayaraq dedi ki, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. Bu da bir daha sübut edir ki, Azərbaycan hər bir işə çox məsuliyyətlə yanaşır və göstərdiyi səylər formal xarakter daşımır. Ona görə də Azərbaycanı nümunəvi ölkə adlandırırlar:

"Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm, başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da, görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.

 

 

Azərbaycan hər zaman üzüağ və alnıaçıq ölkədir

 

Göründüyü kimi, pandemiya dövründə də Azərbaycanda əhalinin sosial təminatı ilə bağlı dünyanın çox nadir ölkələrində rast gəlinən kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar da dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.

Lakin Prezidentin söylədiyi kimi, pandemiya dövründə həm insanlar, həm də bəzi ölkələr özünün əsl simasını üzə çıxardı: "Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar və xüsusilə ilkin mərhələdə bəzi addımlar atıblar və indi yəqin utanırlar. Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olubpandemiya bunu bir daha təsdiqləyib”.

Həqiqətən də, Azərbaycan dövləti bütün dövrlərdə ehtiyacı olan insanlara, yardım üçün müraciət edən ölkələrə əl tutub və lazımi köməklik göstərib. Bu da cənab İlham Əliyevin humanist və insansevər siyasətinin bariz təcəssümüdür.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2020.- 21 may.- S.1;4.