Azərbaycan koronavirusun səbəb olacağı mümkün faciələrdən sığortalanıb

 

Prezident İlham Əliyevin rəhbərliyi altında böhrana qarşı həyata keçirilən sosial-iqtisadi model özünü doğrultdu

 

 

Koronavirus pandemiyası (COVID-19) dünyanı alt-üst etməkdə davam edir. Gün keçdikcə, yoluxmaölüm sayını artırmaqla vahiməsini sürdürür. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, son sutka ərzində dünyada rekord sayda -106 min yoluxma qeydə alınıb.

Qlobal pandemiya təkcə insanları sağlıqları ilə təhdid etmir, bütün yaşam sahələrinə zərbə vurur, ölkələri maddi sıxıntı ilə üz-üzə qoyur. İndiyə qədər COVID-19 pandemiyası dünyaya 9 trilyon dollar həcmində ziyan vurub.

yazıq ki, bu bəlanın Yer üzündə qədər sürəcəyi, ümumiyyətlə, nəfəsinin kəsilib-kəsilməyəcəyi ilə bağlı heç bir dəqiq cavab yoxdur. Xəstəliyə qarşı vaksinin hazırlanması isə yaxın bir ildə gözlənilmir.

Bəli, hazırda dünya böhran içərisindədir ondan qurtulmaq üçün çırpınır.

 

 

Vətəndaşların sağlamlığı təhlükəsizliyi qorunur

 

 

Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində mühüm addımlar atılır. Zamanında bu virusa qarşı bütün istiqamətlərdə qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizi mümkün faciələrdən sığortaladı. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal böhrana qarşı həyata keçirilən sosial-iqtisadi model özünü doğrultdu. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa, onu nəzarətdə saxlamağa imkan verdi. Yoluxmanın qarşısının alınması üçün aparılan testlərin sayı artırıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına əsasən, Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək 245.609 test aparılıb.

Xəstələrin hamısının xəstəxana şəraitində müalicə olunması, tibb işçilərinin səfərbər olunaraq onların hər birinin həyata qaytarılması üçün gecə-gündüz mübarizə aparması sağalma dinamikasına müsbət təsir göstərən başlıca amillərdən oldu. Bu göstəricilərə görə ölkəmizdə günbəgün yoluxma səviyyəsi ölüm sayı azaldı.

Digər tərəfdən, dövlət başçısının tapşırıq tövsiyələrinə əsasən həssas təbəqələrə sosial dəstək verildi, onlara 190 manat birdəfəlik ödənişlər ayrıldı bu dəstəyin əhatə etdiyi insanların sayı xeyli genişləndirildi.

Dövlətimiz hər zaman olduğu kimi, bu çətin dövrdə bütün səylərini vətəndaşının sağlamlığı, təhlükəsizliyi yaşam şərtlərinin yaxşılaşdırılması istiqamətinə yönəltdi. Buna görədir ki, qısa zaman kəsiyində karantin rejiminin yumşaldılmasına nail ola bildik.

Pandemiya dövründə ölkəmizin yaratdığı bu mütərəqqi model Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bütün dünyaya nümunə göstərildi.

 

 

Qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi

 

 

Prezident İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında iştirakı zamanı vurğuladı ki, koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı bunu həm Azərbaycan xalqı görür təqdir edir, həm beynəlxalq təşkilatlar: "Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni pandemiyanın ilk günlərindən minlərlə məktub almışam bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da, qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.

 

 

Yeni zamanın diktə və şərtləri

 

 

Amma təəssüf ki, koronavirus təhlükəsi hələ bitməyib və ölkə daxilində bu xəstəliyi ram etdiyimiz bir ərəfədə qətiyyən arxayınlaşmaq olmaz. Məqsəd bu bəladan birdəfəlik qurtulmaqdır. Dövlətimizin gördüyü effektiv tədbirlər sayəsində qısa zaman ərzində karantin rejiminin yumşaldılmasına nail olduq. Əksər yerlərinin fəaliyyəti bərpa olundu, SMS icazə sistemi ləğv olundu, parklar, muzeylər, sərgi salonları açıldı, metro fəaliyyətini davam etdirdi, restoran-kafelər müştərilərə xidmət göstərməyə başladı. Bir sözlə, Azərbaycanda həyat yavaş-yavaş normal məcraya istiqamətləndi. Amma koronavirusun diktə və tələb etdiyi yeni qayda və şərtlərlə. Bu ərəfədə gigiyena qaydalarına, sosial izolyasiyaya əməl etmək, ictimai yerlərdə maska taxmaq həyatımızın ən əhəmiyyətli parçasına çevrilməlidir. Hazırda bu sadalananlara əməl etməyimiz həm özümüzün, həm də ümumilikdə toplumumuzun təhlükəsizliyində vacib rol oynayacaq.

 

 

Virusla birgə necə yaşayaq?

 

 

Çox təəssüf ki, bəzən əməl olunması vacib qaydalara zidd hallarla da rastlaşırıq. Məsələn, maskanı aksesuar kimi cibində, çantasında saxlayan və sadəcə ondan tələb olunduqda çıxarıb taxan məsuliyyətsiz şəxslərə də rast gəlirik.

O cümlədən qaydaları pozaraq saat 18:00-dan sonra gizli kaferestoran işlədənlər aşkarlanır. Karantini pozan yol hərəkəti iştirakçıları da xeyli saydadır.

Elə sadalanandaha bu kimi bir çox qayda pozuntuları və məsuliyyətsiz davranışlar ölkəmizdə son zamanlar yoluxma sayının artmasına səbəb olub. Neçə aylıq gərgin əməyin, aparılan ciddi mübarizənin nəticəsi olaraq qazanılan nailiyyət bəzi vətəndaşların məsuliyyətsizliyi sayəsində əldən verilə bilər. Daha ciddi və acı nəticələrlə üzləşə bilərik.

Bu bir reallıqdır ki, koronavirus həyatımızın bir parçasına çevrilib. Onu yox kimi saymaq, ondan qorxmamaq əvəzinə ona qarşı davranışları, mübarizə qaydalarını öyrənmək mütləqdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib ki, bütün dünya ölkələri əhalini sərt karantin rejimindən çox bu virusla birgə yaşamağa alışdırır. Onun sözlərinə görə, biz virusla birgə yaşamalıyıq: "Bütün tədbirlərə baxmayaraq, virus bizimlə qalacaq. Yaxın bir il ərzində vaksinin əldə edilməsi gözlənilmir. Antivirus dərman da yoxdur. Bu baxımdan biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 22 may.- S.6.