Azərbaycanın və
Ukraynanın Xarici İşlər nazirləri
arasında telefon
danışığı olub
Mayın 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər mövcud qlobal pandemiya ilə bağlı vəziyyətə toxunaraq, sağlamlıq böhranı ilə mübarizədə dövlətlər tərəfindən görülən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətdə qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyətini vurğulayıblar.
Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, ölkələr arasında xüsusilə iqtisadi və enerji sahələrində əlaqələrin inkişafını, eləcə də tərəflərin milli maraqlarına uyğun olaraq, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə fikir mübadiləsi
aparıblar.
Azərbaycan.-2020.- 23 may.- S.4.