Prezident İlham Əliyev Ağcabədi rayonunda səfərdə olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub. Dövlətimizin başçısı rayonda bir sıra obyektlərin açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə xalqı­mızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi.

Dövlətimizin başçısı Ağcabədi rayonu­nun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində oldu, taxıl biçininin gedişini izlədi.

Sonra Prezident İlham Əliyev Ağcabədi dənli bitki toxumlarının emalı müəssisəsinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı daha sonra “ASAN Həyat” kompleksinin açılışını etdi, burada yaradılan şəraitlə maraqlandı, innovativ yeniliklərlə tanış oldu və ASAN könüllüləri ilə görüşdü.

Bunlardan başqa, Prezident İlham Əliyev Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin, yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyasının istifadəyə verilməsi mərasimlərində iştirak etdi.

 

Azərbaycan.-2020.- 4 iyun.- S.1.