Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası cəbhə bölgəsinə humanitar yardım göndərib

 

Noyabrın 2-də Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından cəbhə bölgəsinə humanitar yardım göndərilib.

AZƏRTAC xəbər verir ki, mərasimində Özbəkistan, Qırğızıstan, Türkiyə, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iştirak ediblər.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının adından Azərbaycanın cəbhə bölgəsində yaşayan, Ermənistanın hərbi-təcavüzü nəticəsində zərərçəkən mülki əhali üçün humanitar yardım göndərilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.PaşayevaTürkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğlu türkdilli dövlətlərin dəstəyini yüksək qiymətləndirib, göstərilən yardıma görə təşəkkür ediblər.

 

Azərbaycan.- 2020.-3 noyabr.- S.5.