Karantin rejiminin tələblərinə ciddi əməl edilməlidir

 

Payız mövsümü dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyəti daha da gərginləşdirib. Demək olar ki, hazırda COVID-19-a yoluxma sayı anbaan sürətlə artaraq 50 milyona yaxınlaşır. Belə ki, pandemiyanın başlanğıcından dünyada koronavirusa 46 milyondan çox insan yoluxub, 1,19 milyondan çox insan COVID-19-dan ölüb. Göründüyü kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır.

 

Bütün ölkələrdə yoluxmanın artması müşahidə olunur

 

Dünya ölkələrində virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Almaniyada noyabrın 2-dən ayın sonuna qədər koronavirus infeksiyasının pandemiyası ilə bağlı "məhdud karantinrejimi, Fransanın bütün ərazisində oktyabrın 30-dan dekabrın 1-dək davam edəcək özünütəcrid rejimi tətbiq edilib. Böyük Britaniyada da noyabrın 5-dən etibarən gücləndirilmiş karantin rejimi həyata keçiriləcək.

Bir ay davam edəcək karantin rejimi dekabrın ilk həftəsində virusa yoluxmada azalma müşahidə olunarsa, dayandırıla bilər. Lakin əksi müşahidə olunarsa, bu müddət uzadıla bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib. Baş direktor "Twitter” hesabında məlumat verib ki, infeksiyaya yoluxduğu təsdiqlənmiş şəxslə təmasda olduğu üçün ÜST-ün təlimatlarına uyğun olaraq qarşıdakı bir neçə gün ərzində özünü təcrid edəcək evdən işləyəcək. O, qeyd edib ki, vəziyyəti yaxşıdır onda virusun simptomları yoxdur.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariya da "Facebooksəhifəsində yazıb ki, dünən bütün günü birgə çalışdığı əməkdaşda koronavirus aşkarlandığına görə, özünü cəmiyyətdən təcrid edib.

 

Arxayınçılıq yoluxmanın əsas səbəblərindən biridir

 

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son dövrlərdə koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma sağalma halları arasında fərq xeyli böyüyür. Təəssüf ki, hətta yoluxmanın 4 rəqəmli həddə yüksəldiyini, virus səbəbindən ölənlərin sayının artdığını da müşahidə edirik.

Buna görə həm sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin müddətini dekabrın 1-dək uzadıb. Eyni zamanda son günlər Lənkəran şəhərində, Cəlilabad Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb.

Onu da qeyd edək ki, sözügedən qurumun oktyabrın 29-da imzaladığı qərara uyğun olaraq, ötən gündən bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə başlanılıb. Bu qərar dekabrın 1-dək qüvvədədir.

Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, sentyabrdan etibarən dünyada koronavirusa yoluxanların sayında artım qeydə alınır. Bu tendensiya Azərbaycandan da yan keçməyib. Rəqəmlərin artımının obyektiv səbəbləri var. Onlardan biri respirator sistemə aid xəstəliklərin sentyabr-oktyabr aylarından başlayaraq artmasıdır. Digər yandan isə yoluxma sayının azlığı vətəndaşlarda arxayınlığa səbəb oldu hər kəs pandemiyanın bitdiyini düşündü: "Əslində isə, xəstəlik davam edir. Bunu biz ikinci dalğa kimi qəbul edə bilmərik. Çünki xəstəlik var vətəndaşlar ona məsuliyyətlə yanaşmanı unutduqdan sonra rəqəmlərdə artımlar qeydə alındı”.

A.Allahverdiyev söyləyib ki, bu gediş, əslində, çox həyəcanlıdır. Çünki hazırda gərgin bir dövrdə yaşayırıq: "Vətən müharibəsi davam edir. Bizim hər birimizin xəstələnməsi cəbhə üçün təhlükə törədir. Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır. Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik”.

 

Əhalinin sayına görə aparılan test sayı yüksəkdir

 

Adil Allahverdiyev Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərdən danışıb: "Ölkəmizdə əhalinin sayına görə aparılan test sayı yüksək səviyyədədir. Test saylarının çoxluğu son dərəcə önəmlidir xəstəliyi gizli keçirənlərin üzə çıxarılmasına imkan verir. Bu, iki cür ola bilər. Bəziləri xəstəliyi zəif, asimptomatik keçirir. Onlar virus daşıyıcısı olsalar da, özlərini sağlam hiss edirlər. İkinci qrup insanlar isə əlamətləri hiss etsələr , yoluxduqlarını düşünmür, soyuqdəymə, qrip olduqlarını deyirlər. Aparılan testlər bunları üzə çıxarır. Ona görə test sayının çoxluğu xəstəliyin yayılmasının qarşısını almağa kömək edə bilər”.

Göründüyü kimi, hazırda ölkəmizdə sanitar-epidemioloji vəziyyət elə ürəkaçan deyil yoluxma sayı bu cür artmaqda davam edərsə, hazırkı durum daha da pisləşə bilər. Bunu isə heç bir Azərbaycan vətəndaşı istəməz. Təbii ki, sentyabr ayından, yəni Vətən müharibəsi başlayandan hər birimizin diqqəti ümdə olaraq cəbhəyə yönəldi, pandemiyanı unutduq bunun nəticəsində COVID-19-un sürətli yayılmasına rəvac verdik.

Amma vətəndaş məsuliyyəti ilə hazırda yaranmış bu mənfi tendensiyanı tezliklə aradan qaldırmaq da mümkündür. Mütəxəssislərin təsbit etdiyi kimi, koronavirus təhlükəsindən qorunmağın yolları bəllidir - maska taxmaq, əl gigiyenasına əməl etmək məsafə saxlamaq.

Bu sadə qaydalara əməl etməklə həm insanlarımızın, həm torpaqlarımızın işğaldan azad edilməsi uğrunda rəşadətlə döyüşən əsgərlərimizin sağlamlığına təhlükəsizliyinə böyük töhfə vermiş olarıq.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2020.- 3 noyabr.- S.1; 7.