Hikmət Hacıyev “Sərhədsiz reportyorlar”ın 80 jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlamasına münasibət bildirib

 

“Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerlixarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi deyib ki, ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir.

 

Azərbaycan.- 2020.-6 noyabr.- S.5.