Yeni karantin qaydaları əhalinin sağlamlığını qorumaq məqsədi daşıyır

 

Qlobal problemə çevrilmiş yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, pandemiyanın qarşısını almaq onun törətdiyi fəsadları minimuma endirmək səyləri hələ nəticə vermir. Dünya ölkələrində COVID-19 pandemiyasının getdikcə daha geniş yayılması, koronavirus infeksiyasına yoluxmaölüm hallarının kəskin artması müşahidə olunur. Pandemiyanın başlanmasından indiyədək dünyada 49 milyondan çox insan koronavirusa yoluxub, 1 milyondan çox insan dünyasını dəyişib.

Ötən gün isə dünyada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, sutka ərzində 581 min 679 nəfərdə COVID aşkarlanıb. Sonuncu dəfə bu cür rekord yoluxma oktyabrın 31-də (557 mindən çox) qeydə alınıb.

Hazırda bütün dünya pandemiya ilə mübarizə aparır, iqtisadi tənəzzülün qarşısının alınması, böhranın daha da dərinləşməməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir, insanların ölümcül COVID-19 virusunun qurbanına çevrilməmələri üçün sərt məhdudlaşdırıcı addımlar atılır. Bir çox ölkələr xüsusi karantin rejimləri tətbiq edir, qaydaları sərtləşdirirlər.

 

10 şəhər və rayonda yeni karantin qaydaları tətbiq olunacaq

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Odur ki, hökumət koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu gün yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Lakin infeksiyanın yayılma sürəti bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Elə ona görə də mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. Qərara əsasən, noyabrın 7-dən 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində müxtəlif sahələr və istiqamətlər üzrə fəaliyyət dayandırılır. Bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı.

Lakin noyabrın 7-dən 23-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq. İnfeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq, əhalinin sağlamlığını qorumaq məqsədi daşıyır.

 

Aztəminatlı şəxslərə 190 manat birdəfəlik ödəmələr ediləcək

 

Pandemiyadan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövləti hər zaman olduğu kimi, müharibə şəraitində olduğumuz hazırkı dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayonda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, həmçinin işsizxüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələr ediləcək.

Həmin şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra müvafiq ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş kartlara köçürüləcək və bu barədə onlara SMS vasitəsilə rəsmi bildiriş göndəriləcək. Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsizxüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min nəfərə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü və 4-cü dəfə birdəfəlik ödəmələr verilibbu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.

 

BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılacaq

 

Pandemiya dövründə ölkəmiz tək iqtisadi, sosial sahədə deyil, beynəlxalq arenada da özünü güclü dövlət kimi göstərdi. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünyanı birləşdirdi. Azərbaycan Respublikasının PrezidentiQoşulmama Hərəkatının (QH) sədri İlham Əliyevin təşəbbüsü ilə QH-ya üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT-nin xüsusi sessiyasının keçirilməsi təklif edildi. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəkləndi, 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi.

2020-ci il iyulun 10-da xüsusi sessiya rəsmi olaraq öz işinə başladı. Çoxsaylı müzakirələr zamanı xüsusi sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqda qərarlar verildi. Müzakirələrin sonunda 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında "Koronavirus xəstəliyi (CovId-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul etdi. 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəklədi. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixlərində keçirilməsi qərara alındı.

CovId-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. İnamla demək olar ki, pandemiyaya qarşı mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir inanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın cəngindən xilas edə biləcək önəmli qərarlar veriləcək.

 

Karantin qaydalarına əməl etmək hamımızın borcudur

 

Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə təkcə insanlar deyil, dövlətlər bir olmağa, birlikdə mübarizə aparmağa borcludurlar. Bizim isə vətəndaş olaraq aparacağımız mübarizə, üzərimizə düşən məsuliyyət karantin qaydalarına riayət etməkdir. İaşə obyektləri, ictimai nəqliyyat, istənilən qapalı məkan, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmaq üçün əlverişli məkanlardır. Vətəndaşlarımız mümkün qədər bu cür yerlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirakdan çəkinməlidir. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın borcudur.

Müharibə şəraitində olduğumuz bir vaxtda biz yaxınlarımız, ailə üzvlərimizlə bərabər, həm torpaqlarımızın işğalçılardan təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən əsgər zabitlərimizi düşünməliyik. Çünki COVID-19-un geniş yayılması onların sağlamlıqları üçün ciddi təhlükə yaradır. Odur ki, Vətən müharibəsində xalq olaraq göstərdiyimiz birliyi, həmrəyliyi koronavirusla mübarizə cəbhəsində nümayiş etdirməliyik.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 8 noyabr.- S.1; 9.