NOOLDU, PAŞİNYAN?!

 

 

Nooldu, Paşinyan!

 

Bəs deyirdin "Qarabağ Ermənistandır - nöqtə”!

İndi alçaldılmış durumda təslimçilik sənədinə imza atırsan!

İndi İlham Əliyevin qarşısında diz çökürsən!

Azərbaycan Prezidentinin "Qarabağ Azərbaycandır - nida!” bəyanatını qəbul edirsən!

Başqa çarən yoxdur!

Çünki onu sənə İlham Əliyev etdirir!

Təpənnən yumruqla vurmaqla!

Dediklərini özünə yedirtməklə!

Nooldu!

 

***

 

Nooldu, Paşinyan!

Bəs Şuşada yallı gedirdin!

Tut arağından içib açarını itirmişdin!

Şuşada inaqurasiya keçirirdin!

Nooldu!

Bəs qondarma "Dağlıq Qarabağ Respublikasının” paytaxtını Şuşaya köçürürdün!

 

Nooldu!

İndi niyə Şuşada yallı getmirsən, atılıb düşmürsən!

Çünki Şuşa bizimdir!

Şuşanı qəhrəman Azərbaycan əsgəri, şanlı Azərbaycan Ordusu geri aldı!

Sizi oradan iti qovan kimi qovdu!

Nooldu, Paşinyan!

Bəs Şuşanı "Şuşieləmişdin!

İndi harda gizlənmisən!

Deyəsən, siçan deşiyi tapmısan!

Nooldu, Paşinyan?!

Bəs yeni müharibəyə başlayıb yeni ərazilər işğal edirdin!

Tovuza hücum edib neft-qaz kəmərlərini partlatmaq istəyirdin!

Bizə hədə-qorxu gəlirdin, sülh danışıqlarını pozurdun!

Görürsən adama necə təslim sənədi imzalatdırırlar?

Görürsən adama necə etmək istəmədiyini etdirirlər?

Nooldu?!

 

***

 

Nooldu, Paşinyan?!

Bəs Dağlıq Qarabağı müstəqil respublika edirdin?

Erməni xalqının öz müqəddəratını təyin etmək hüququndan dəm vururdun!

İkinci erməni dövləti yaratmaq eşqinə düşmüşdünüz?!

Nooldu?!

Həftə səkkiz mən doqquz Dağlıq Qarabağa gəlirdin!

Şuşadakı asma körpüdə zurna çaldırırdın

Nooldu, Paşinyan?!

İndi gəl görüm!

Ay Dağlıq Qarabağı müstəqil respublika etdin, ha!

Hanı imzaladığın sənəddə status məsələsi!

Yoxdu!

Heç olmayacaq da!

 

***

 

Nooldu Paşinyan?!

Keçilməz səngəriniz, dağılmaz bunkerləriniz bunlar idi?

Arvadın Qarabağa gəlib burdakı arvadlara avtomat atmağı öyrədirdi.

Nooldu!

Bəs oğlun Xankəndidə hərbi xidmət keçirdi?

Müharibə vaxtı anası, balası döyüşlərdə göründü...

 

***

Nooldu Paşinyan?!

Yalvarmadığın dövlət başçısı, yalamadığın daban qalmadı!

Bütün günü təyyarələrlə silah-sursat, texnika daşıyırdın.

Nooldu?!

Suriyadan PKK-çıları, muzdluları gətirib işğal etdiyin torpaqları əldən vermək istəmirdin.

Bəs niyə verdin?

 

***

Nooldu, Paşinyan?!

Bəs müsəlman məscidlərində donuz saxlatdırırdın?

Allahın evini təhqir edirdin!

Gördün Allah adamı necə alçaq, şərəfsiz duruma salır?

Şuşadakı kilsənizin böyründən bir daş qopmuşdu, bunu bütün qohum-əqraban faciəyə çevirdi.

Nooldu?!

Görüm həmin kilsəyə gələ biləssən?

Görüm orda dua edib özünü xilas edə biləssən?

Gördün İlham Əliyev məsciddə donuz saxlayanın özünü necə donuza döndərir?

Gördün adamın anasını necə ağladırlar!

Di get!

Adamı belə şərəfsiz edirlər!

Adamı belə diz üstə qoyurlar!

Adamı belə itin gününə salırlar!

Nooldu, Paşinyan?!

Gördünmü ki, Qarabağ Azərbaycandır!

 

***

 

Sonda bu möhtəşəm Qələbənin müəllifi İlham Əliyevin xalqa sonuncu müraciətindən bir parçanı da yada salıram:

"Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla!

Rəqs edirdin, oldu bəs status, cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status.

Yoxdur status olmayacaq!”

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 12 noyabr.- S.1;5.