Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Əziz Ali Baş Komandan, möhtərəm Prezident.

 

Şuşamız mübarək olsun! Dövlət Bayrağı Gününüz mübarək olsun! Biz, bütün dünya azərbaycanlıları Şuşanın işğaldan azad olunması xəbərini Sizdən eşitməyi həsrətlə gözləyirdik. Bu illər ərzində biz bir millət kimi mənəvi iztirablar içində yaşamışıq. Amma Siz Ali Baş Komandan kimi bütün Azərbaycan xalqını bu əzab-əziyyətdən azad etdiniz. Həsrətini çəkdiyimiz Şuşanı qaytardınız. Siz bununla bir millət kimi bizim başımızı ucaltdınız.

Biz, Amerika Birləşmiş Ştatlarında bütün dünyada yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik hər vaxt Sizinlə qürur duyacağıq. Biz sübut etdik ki, Azərbaycan xalqı səbirli, ağıllı, dövlətini, torpağını namusunu qorumağı bacaran millətdir.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan əsgəri! Şuşa bizimdir!

Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

Novruzov Samir Orucəli oğlu

Amerika-Azərbaycan Qarabağ Atlarının Xilası Birliyinin sədri

Amerika Birləşmiş Ştatları, Texas ştatı, Hyuston şəhəri.

Azərbaycan.-2020.- 12 noyabr.- S.4.