Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu.

Döyüş əməliyyatlarının dayandırılması, Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalarla əlaqədar Sizibütün Azərbaycan xalqını təbrik edirəm. Bu razılaşmalar Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək, regiona çoxdan gözlənilən sülh gətirəcək. Uzun müddət davam etmiş bu münaqişənin nizamlanmasında Sizin göstərdiyiniz mərdlik, müdriklik, əzm və təmkinə ancaq qibtə etmək olar. Beləliklə, köçkünlərin dinc qurucu əməklə məşğul olmaq üçün öz doğma evlərinə qayıtmalarına yol açılır. Siz dahi atanızın vəsiyyətini həyata keçirdiniz.

Əminəm ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da ənənəvi dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar, Azərbaycan vətəndaşlarına sülh və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

İlyas Umaxanov

 

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.2.