Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə, sevinc həyəcan dolu böyük fəxarət qürur hissi ilə Sizə ən səmimi təbriklərimizi ən xoş arzularımızı çatdırmaq istərdik.

Zati-aliləri, Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız qətiyyətiniz sayəsində əldə edildi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, onların kədərli ailələrinə, başda Zati-aliləri cənab Ali Baş Komandan olmaqla, Azərbaycan xalqına Azərbaycan Ordusuna dərin hüznlə başsağlığımızı çatdırır, yaralananlara şəfa tezliklə sağalmalarını diləyirik.

Bu tarixi bir gündə başda Müzəffər Ali Baş Komandan olmaqla, dost qardaş Azərbaycan xalqını bir daha təbrik edir, daim sülh əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

 

Levent Kafkazlı

Tekfen İnşaatşirkətinin İdarə Heyətinin sədri

Türkiyə Respublikası, İstanbul şəhəri

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.2.