COVID-19 həyəcanı

 

Zaman bizdən məsuliyyətimizi artırmaği tələb edir

 

Artıq bir ilə yaxındır ki, bütün dünyada koronavirus adlı qorxulu və dəhşətli bir pandemiya tüğyan etməkdə və sönməməkdədir, əksinə, daha da alovlanmaqdaYer üzünü bürüməkdədir.

Qorxuludur, ona görə ki, bu virusun xassələri lap başdan tibb elminə məlum deyildiindiçox xassələri naməlum qalıb. Dəhşətlisi odur ki, bu bəla müxtəlif fəsadlar törətmək qabiliyyətinə malikdir. Koronavirusun hələ ki, effektiv bir müalicə üsulu yoxdur.

O, gözəgörünməzdir, haradan və nə zaman gələcəyi məlum deyil və hətta ildırım sürətilə yayılmaq qabiliyyətinə malikdir. Həm də, bu virusu yayan insanların özləridir. Onu bədənlərində gəzdirən, yetişdirən, coxaldan və nəhayət hər tərəfə püskürdən insanlardır. Virusun kütləsi o qədər cüzidir ki, 1 qram maddədən praktiki olaraq sonsuz sayda virus əmələ gəlir.

Xəstə insanlar gəzib-dolaşdıqca daha geniş ərazilərə virusu yaymağa başlayırlar, həm də çox gəzdikcə çox virus yayırlar və ətrafdakı insanları, əşyaları yoluxdururlar.

Bütün dünya virusoloqları, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı, ziyalılarımız, həkimlərimiz, mətbuat, TV işçiləri 1 ilə yaxındır ki, ara vermədən hər gün insanlara elan edirlər ki, bu virusdan qorunmağın hələ ki, yeganə üsulu 3 sadə qaydaya əməl etməkdən ibarətdir. Hamı bu qaydaları əzbər bilir:

Maska taxmaq, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək!

Virusdan qorunmağın başqa bir sadə usulu (qaydası) da var:

Hərəkət etməmək və ya az hərəkət etmək. Bu üsul "Evdə qaladlanır.

Bu qaydalar birlikdə karantin qaydaları hasab olunur. Ancaq nədənsə, hələ çox insanlarımız (təəccüblü dərəcədə qəribədir ki, onların arasında, adi adamlarla yanaşı, hər yaşda olan hər peşə sahibi var: həkim, müəllim, fəlsəfə doktoru s.) bu qaydalara ya heç əməl etmir, ya da yarımçıq əməl edirlər. Bunu hamımız gündəlik həyatımızda hər yerdə: küçələrdə, yollarda, həyətlərdə, nəqliyyatda, marketlərdə, parklarda, yerlərində s. müşahidə edirik. Bu insanlar niyə belədirlər? Bunun səbəbini izah etmək istəmirik. Yalnız onu qeyd edək ki, karantin qaydalarına yarımçıq əməl etmək ya heç əməl etməmək sonda eyni nəticəyə - xəstəliyin sürətlə yayılmasına səbəb olur.

Beləliklə, karantin qaydalarına əməl edib-etməməyindən asılı olaraq insanlarımız iki qrupa bölünür: məsuliyyətli insanlar məsuliyyətsiz insanlar. Bu, insanlar arasındakı birliyi pozmaq deməkdir.

Prezident İlham Əliyevin dediyi sözləri, cəmiyyətimizin, insanlarımızın hər işdə hər zaman qalib olması, birliyi üçün çox vacib olan fikri burada təkrar etmək istəyirəm: Biz birlikdə güclüyük!

Məsuliyyətli insan olmaq cox sadədir: bunun üçün yalnız karantin qaydalarına əməl etmək kifayətdir. Onlara əməl etmək gündəlik zərurətə, həyat tərzimizə çevrilməlidir. Pandemiyanın bir ilə yaxın gedişi göstərir ki, COVID-19 özbaşına çəkilib getməyəcək bizimlə bərabər yaşayacaq. Ondan həmişə qorunmalı olacağıq. Vaksin yaradılsa, problem öz həllini tapmış olacaq. Yəqin ki, bunun üçün ən azı 3-5 ay vaxt tələb olunacaq. Ona görə, vaksin tapılana qədər qaydalara əməl etməklə özümüzü, cəmiyyətimizi qorumalıyıq. İş ondadır ki, COVID-19 fərdi xəstəlik deyil, kollektiv xəstəlikdir hətta tam şəkildə deyə bilərik ki, kütləvi xəstəlikdir. Bir adamın xəstələnməsi kifayətdir ki, etinasızlıq etdiyi halda bütün cəmiyyəti yoluxdursun. Məhz buna görədir ki, dövlətimiz müxtəlif karantin tədbirlərini görür insanları maarifləndirmək üçün bütün vasitələrlə davranış qaydalarını təbliğ edir.

Polislərimiz bu işə qarışmağa məcbur olublar, başqa işlərini buraxıb insanları maarifləndirməklə məşğuldurlar. Hələ Hippokrat andı içmiş həkimlərimizi demirik. Onlar kip skafandrın içində gecə-gündüz, fasiləsiz, istirahətsiz, yaxınlarından uzaqda, ölkəmizin hər yerində - ön cəbhədə arxa cəbhədə çalışmaqdadırlar. Xəstələrin sayı artıqca onların yuxusuz gecələrinin sayı da artır. Onların vəziyyətini düşünün. Düşünməmək eqoizmdir. Bu xəstəliyin yayılmaması, müalicəsi üçün dövlətimiz qədər görür, vəsait ayırır enerji-qüvvə sərf edir. Bunları qiymətləndirmək lazımdır. Hər kəs nəticə çıxarıb özünü qorumalıdır. Əslində qaydalara əməl etməklə, insan təkcə özünü yox, ətrafdakı yüzlərlə insanı qorumuş olur qorumağa da borcludur.

İndi biz torpaqlarımızı işğal etmiş, zaman-zaman insanlarımızı qırmış, tükürpərdici işgəncələr vermiş, azğın düşmənin hücumunu dəf etməyə, onun bəşəriyyətə ləkə olan dağıdıcı, yırtıcı vəhşiliklərinin qarşısını almağa məcbur olmuşuq. Bunlar ön cəbhədə baş verir.

Bəs bizlər, arxa cəbhədəkilər etməliyik? İş ondadır ki, virusa yoluxan insanların sayı sürətlə artmaqdadır. İqlim şəraiti buna təkan verir. Özü bu say aysberqin görünən hissəsidir. Görünməyən hissə, yəqin ki, bundan xeyli çoxdur. Amma yenə hər şey hər bir insanın məsuliyyətindən çox asılıdır. Yoluxma sayının artması o deməkdir ki, məsuliyyətsiz olanların, qaydalara əməl etməyənlərin sayı, həmçinin qaydalara əməl edənlərə istehza ilə yanaşanlar hələ var. Arxa cəbhədəki vəziyyət, sakitlik, əmin-amanlıq, hər birimizdən çox asılıdır. Biz gərək arxa cəbhəni qoruyaq ki, ön cəbhədəkilər rahat şəkildə vəzifələrini, işlərini tam yerinə yetirsinlər. Hamımız əl-ələ verib, məsuliyyətsiz insanlarımıza dönə-dönə izah etməliyik ki, karantin qaydalarına əməl etsinlər. Bu mütləqdir. Çünki biz ön cəbhə üçün arxa cəbhəni qorumaliyiq.

Hamı vaxtsa az-çox fizikanı öyrənib. Fizika təbiətin ən ümumi qanunlarını araşdırır. Təbiətdə hər şey, bütün canlılar cansızlar fizikanın qanunlarına tabedir. Fizika göstərir ki, hər bir sistemi xarakterizə edən parametrlər (kəmiyyətlər) var həm hər bir sistemin öz tarazlıq şərtləri mövcuddur. Cəmiyyət bir sistemdir. Parametrlərin qiyməti xarici təsirlərdən asılı olaraq dəyişə bilər. Bu qiymətlər müəyyən həddi aşanda sistemdə tarazlıq pozular o, dayanıqsız hala keçə bilər. Məsələn, dənizdə dalğa çox güclü olsa, qayıq aşa bilər. Körpünün üstündə yük çox olsa, o dağıla bilər s. Bu, o deməkdir ki, COVID -19-a yoluxma sayı cox olarsa, acınacaqlı vəziyyət - böhran vəziyyəti yarana bilər. Həkim problemi, çarpayı problemi ortaya çıxar. İndiki vəziyyətdə həkimlərə ehtiyac coxdur, həkimlərin sayı artmır. Digər tərəfdən onlar da insandır, dincəlməyə, istirahətə ehtiyacları var. Çarpayıların da sayı sonludur. Bunları nədənsə məsuliyyətsiz, laqeyd insanlarımız anlamaq istəmirlər. Yoluxmalar isə artmaqda davam edir. Tarazlıq pozula bilər. İş ondadır ki, yoluxmaların sayı lazım olandan daha sürətlə artmaqdadır. Çünki küçədə, parkda insanların 90-95 faizi, marketlərdə nəqliyyatda 30-40 faizi maska taxmır məsafəni gözləmir. İş yerlərində qaydaları pozanlar çoxdur. Biz hər bir adama virus mənbəyi kimi baxmalıyıq.

Hər bir ölkədə olduğu kimi, bizdə səhiyyə sistemi, eyni zamanda, bu qədər çox xəstə sayına hesablanmamışdır. Aparılan təbliğatlar isə bəzi insanlara sanki təsir etmir. Müharibə vəziyyətində olan ölkəmizdə belə səhlənkarlıq heç cür yol verilməzdir. Belə olan halda yalnız bir məcburi yol qalır: karantin qaydaları sərtləşdirilsin, yoluxma sayında sürətlə artım davam etsə yüksək cərimələr tətbiq olunsun lazım gəldikdə həbs tədbiri həyata keçirilsin.

Gündəlik yoluxma sayı 1000-i keçir. Bu, kifayət qədər böyük rəqəmdir, həm unutmayaq ki, söhbət aysberqin görünən hissəsindən gedir. Rusiya ilə müqayisədə bu say 15000 - 16000 nəfər yoluxma deməkdir. Onu da deyək ki, pandemiyanın əvvəlindən bu günədək virus bir neçə dəfə mutasiyaya uğramış daha təhlükəli olmuşdur. Gəlin hamımız bir olaq. Məsuliyyəti artıraq ki, güclü olaq! Məsuliyyətsiz insanlara çağırış edək onları bu sadə qaydalara əməl etməyə yönəldək, bununla da ön cəbhəyə köməyimizi göstərək.

Zaman bizdən məsuliyyətimizi 5 qat, 10 qat artırmağı tələb edir!

 

Şakir NAĞIYEV,

AMEA Fizika İnstitutunun "Nüvə

yüksək enerjilər fizikası

laboratoriyasının rəhbəri,

fizika-riyaziyyat elmləri doktoru,professor

 

Yaşar HÜSEYNƏLİYEV,

Elmi Araşdırmalar İnkişaf

Departamenti, 1 nömrəli laboratoriyanın müdiri

 

Azərbaycan.- 2020.- 13 noyabr.- S.1; 9.