Zəfərimizin üç mənbəyi Qətiyyətli Ali Baş Komandan, vətənpərvər Xalq və qüdrətli Ordu

 

Azərbaycan xalqı tarixdə özününən qüdrətli anlarını yaşayır. Haqqı da var. 30 ildir düşmən tapdağında olan torpaqlarımız azad edilib. Dağlıq Qarabağın mübahisəli və ya ermənilərə məxsus ərazi olduğunu deyənlərə sübut etdik ki, torpağın əsl sahibi bizik.

Bu Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq dünyaya səs saldı. Hamı 30 il qan tökmək istəməyən, problemin sülh yolu ilə həllinə üstünlük verən xalqımızın savaş meydanında nəyə qadir olduğunu gördü. Düşmənə sarsıdıcı zərbə endirib qələbə qazanmağı ilə dünyanı heyrətə gətirdi.

Bu Vətən savaşında diqqətçəkən əsas amil xalqın Prezidentə, Ali Baş Komandana olan sonsuz inamı oldu. Oğlu müharibədə şəhid olan, sinəsi dağlı ana Ali Baş Komandanı qınamadı, əksinə, dedi ki, o biri balasını da döyüşə göndərməyə hazırdır. Hər dəfə atəşkəs olanda elə həmin analar Prezidentdən dayanmamağı, sona qədər getməyi tələb edirdi. Sadə insanlar, şəhid anaları, ziyalılar, qazilər dövlət başçısına müraciət edib onun arxasında yox, yanında olduqlarını bildirirdilər. Vətən müharibəsində xalq rəhbərinin, rəhbər isə xalqın nəyə qadir olduğunu bir daha gördü. Arxasında xalqın gücünü hiss edən Ali Baş Komandan

İlham Əliyev bütün dünyaya bəyan etdi: "Heç kəs bizim iradəmizə təsir edə bilməz, heç kəs bizi haqq yolundan döndərə bilməz”.

Bu müharibədə bir-birinə qarşı iki lider, iki xalqiki ordu döyüşürdü. Düzdür, Ali Baş Komandan İlham Əliyevi rəzil, təlxək Paşinyanla müqayisə etmək olmaz. Sadəcə, kimin kim olduğunu göstərmək üçün müəyyən paralellər aparmağa məcburuq.

Azərbaycan Prezidenti müharibə başlanan andan özünün bütün yüksək keyfiyyətləri ilə düşmən ölkənin rəhbərindən müqayisəedilməz dərəcədə üstün olduğunu göstərdi. Dövlət başçısının qətiyyətini, cəsarətini, məntiqini, diplomatik məharətini hətta ona xoş münasibət bəsləməyənlər də etiraf etməli oldular. Ölkəmizə xoş məramla gəlməyən, dövlət başçısını az qala "prokuror”, "hakimkimi ittiham etmək istəyən jurnalistlər belə İlham Əliyevin məntiqi qarşısında aciz qaldılar. Prezidentin dik duruşu, özünə, xalqına və ən başlıcası, əsgərinə olan inamı onu məyus etmək istəyənlərin özlərini heyran edirdi.

Düşmən tərəfdə isə mənzərə tamam başqa cür idi.

İlham Əliyev kimi siyasətçi, diplomat və komandanın qarşısında nə danışdığını bilməyən, yalançı, siyasətdə və idarəetmədə piyada olan, dünyada və ətrafında baş verənləri düzgün qiymətləndirə bilməyən, atdığı addımın hansı fəsadlara səbəb olduğunu anlamayan zavallı Paşinyan dayanırdı.

Nəticəsi nə oldu? Ermənistan rəhbəri döyüşdə təkcə məğlub olmadı, həm də mənsub olduğu milləti də rəzil duruma yuvarlatdı.

Bu müharibə həm də Azərbaycan xalqı ilə ermənilər arasındakı savaş idi. Və bu savaşda hər iki xalqın da nəyə qadir olduğu üzə çıxdı. Müharibə başlayan andan Azərbaycan xalqı öz Prezidenti - Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, ona lazım olan dəstəyi verdi. Hər bir vətəndaş imkanı daxilində dövlətə, orduya kömək etdi. İqtidara qarşı müxalifətdə olanlar belə, siyasi ambisiyalarını kənara qoyub milli məsələ ətrafında birləşə bildi.

Hətta düşmənin ölkəmiz üçün illərlə planlaşdırdığı çirkin işlər bu milli birliyimizi sarsıda bilmədi. Ermənilər elə fikirləşirdi ki, müharibə olarsa, çoxmillətli ölkəmizdə milli zəmində qarşıdurma yaranacaqonlar bu amildən öz xeyirləri üçün istifadə edəcəklər. Bu, baş vermədi. Əksinə, Azərbaycandakı bütün xalqlar yumruq kimi birləşdi, oğulları isə şərəfli Azərbaycan əsgəri adını doğrultdu.

Ermənilərin digər məkrli niyyəti ölkəmizdə dini zəmində qarşıdurma yaratmaq idi. Bunu dünyaya müsəlman-xristian savaşı kimi təqdim etmək istəyirdilər. Onların bu məkrli niyyəti də baş tutmadı. Əksinə, Vətən savaşında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri düşmənlə döyüşlərə atıldı, kilsə və sinoqoqlarda xalqımızın qələbə qazanması üçün dualar edildi. Bütün bunlar isə o demək idi ki, Vətən savaşında qələbənin qazanılması həm də Azərbaycan xalqının daşıdığı yüksək mənəvi dəyərlər sayəsində mümkün olmuşdur. Bu, həmçinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir.

Ermənistanda isə bunun əksidir. Bu millət ifrat irqçi xəstəliyinə tutulub. Monolit erməni cəmiyyəti də mifdir. Biz hələ dövlət-xalq birliyini demirik. İndi bütün dünya görür İrəvanda bu "birliyi”.

Ermənilər Azərbaycan Ordusunun və əsgərinin göstərdiyi qəhrəmanlığın üstünə kölgə salmaq üçün döyüşlərin ilk günündən guya bizim əvəzimizdə Türkiyə, Pakistan xüsusi təyinatlılarının və Suriyadan gətirilən terrorçuların döyüşdüyü barədə əfsanələr uydurmağa başladılar. Ancaq bu, uzun sürmədi. Gördülər ki, qarşılarındakı Vətən uğrunda döyüşən, lazım olanda bu amal uğrunda canını fəda edən yenilməz Azərbaycan əsgəridir. Bu əsgər keçilməz düşmən səngərlərini yarıb keçərək zəfər dalınca zəfər qazanırdı. Azərbaycan Ordusunun yüksək rütbəli zabitləri ermənilərdən fərqli olaraq əsgərin arxasında gizlənmirdi, önündə gedirdi. Bu idi "məğlubedilməz” erməni ordusunu darmadağın edən.

Ermənistanın isə "tarixi torpaq”larını qorumaq üçün zorla müharibəyə gətirdiyi əsgərlər ilk fürsətdə fərarilik edib qaçırdı. Düz də edirdilər. Çünki onların özgə torpağında nə işləri var idi? Hansı amal uğrunda ölməli idilər? Başa düşürdülər ki, onlara məxsus olmayanı qaytarmağın vaxtı yetişib.

Bu vaxt isə onlara baha başa gəldi.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.-15 noyabr.- S.1; 6.