Koronavirusu yox etmək öz əlimizdədir!

 

Yalnız məsuliyyətli davranmaqla yoluxma zəncirini qıra və əvvəlki həyatımıza qayıda bilərik

 

Artıq bir ilə yaxındır ki, Yer üzündəki bütün xəstəliklər arxa plana keçib. Ölkələri, dövlətləri, xalqları maraqlandıran bir əsas ortaq problem var. İnsan oğlu yalnız bir xəstəliklə, COVID-19-la mübarizəyə qalxıb, savaş aparır. Ölkə, dövlət, sərhəd, millət, varlı-kasıb tanımayan taclı düşmənlə...

Aylardır dünya səhiyyəsi, müxtəlif ölkələrin elm adamları bu yeni bəlanı "susdurmaqüçün səfərbər olublar. Əczaçılıq şirkətləri, laboratoriyalar, ayrı-ayrı alimlər, həkimlər koronavirusa qarşı peyvənd axtarışına başlayıblar. O vaxtdan bəri də hamını bu sual maraqlandırır: Peyvənd nə vaxt hazır olacaq?

 

Pandemiyaya son qoymaq üçün bir peyvənd kifayət deyil

 

Xeyli vaxtdır peyvəndlə bağlı aparılan müsbət işlər cəmiyyətə təqdim olunur. Bu günlərdə "Modernaşirkətinin istehsal etdiyi peyvəndin effektivliyinə dair xəbərlər yayılıb. Məlumata görə, Amerikanın "Modernaşirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin koronavirusa yoluxması səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus "Modernaşirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən bildirib ki, klinik sınaqlar başa çatandan vaksin bazara çıxarılandan sonra ona qarşı məhdudiyyət qoyulacaq: "Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük, ilk növbədə, tibb işçilərinə, qocalara risk qrupuna daxil olan digər kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa səhiyyə sistemini dəstəkləməyə imkan verəcək. Lakin bundan sonra virusun yayılması üçün daha çox imkanlar yaranacaq”.

O, ÜST-ün vaksinlərin effektivliyi ilə bağlı xəbərləri "ehtiyatlı nikbinlikləqəbul etdiyini hazırda vəziyyətin bir çox ölkələrdə ürəkaçan olmadığını qeyd edib. "Bəzi ölkələrdə xəstələrin sayının artması bizi çox narahat edir. Avropada, Cənubi Şimali Amerikada səhiyyə sistemləri tibb işçiləri bu sahədə daha çox çalışırlar”, - deyə doktor Tedros vurğulayıb.

ÜST rəhbəri onu da qeyd edib ki, koronavirus pandemiyasına son qoymaq üçün bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin aparılması yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir.

 

Azərbaycan yoluxma sayı ilə bağlı pik dövrünü yaşayır

 

Artıq dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 56 milyonu ötüb. Belə ki, indiyədək 56 500 421 nəfər koronavirusa yoluxub, 1 353 376 nəfər bu virusdan dünyasını dəyişib. Hazırda dünyada 16 milyon nəfərə yaxın aktiv koronavirus xəstəsi var. Bütün ölkələrdə virusa yoluxma ölüm halları gündən-günə artır, sanitar-epidemioloji vəziyyət pisləşir. Mənfi tendensiyanın qarşısının alnması məqsədilə karantin rejimi sərtləşdirilir, müxtəlif məhdudiyyətlər tətbiq olunur.

Dünyanın bir parçası olan Azərbaycanda qonşu ölkələrlə müqayisədə əhalinin sayına görə yoluxma göstəricisi, eləcə COVID-19 virusundan orta ölüm səviyyəsi azdır. Bu da dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir.

Bir aya yaxındır koronavirusla əlaqədar sanitar-epidemioloji durum ürəkaçan deyil. Hətta Azərbaycan COVID-19-a ilk yoluxmanın qeydə alındığı vaxtdan indiyədək olan dövr ərzində yoluxma sayı ilə bağlı pik dövrü yaşayır.

Ən yüksək yoluxma hələ Bakı şəhərində qalmaqdadır. Ölkə üzrə yoluxmanın 53,5 faizi paytaxtın payına düşür. Bunun bir səbəbi paytaxtda əhalinin sayının daha çox olması ilə bağlıdır. Ancaq hazırkı durumda gündəlik yoluxmanın artmasına təkan verən subyektiv amilləri gözardı etmək olmaz. Təəssüf ki, hələ bu təhlükəli bəlaya qarşı laqeyd yanaşan, karantin qaydalarına əməl etməyən insanlar çoxdur.

 

Heç kəs bu xəstəlikdən sığortalanmayıb

 

Səhiyyə Nazirliyinin işçi qrupunun üzvü Günay Quluzadə deyib ki, yeni növ koronavirus infeksiyası ilə bağlı iki cür psixologiyaya mənsub insanlar var. Bir qrup insanlar ona ümumiyyətlə inanmır, ikinci qrup insanlar isə virus infeksiyasına yoluxmaqdan çox ehtiyat edirlər. Hətta panik atak keçirənlər var.

Karantin dövrünün insanların psixologiyasına da təsir etdiyini bildirən G.Quluzadənin sözlərinə görə, qapanmalar, uzun müddət evdən bayıra çıxmamaq, işə getməmək ya onlayn qaydada işləmək insanların həm fiziki aktivliyinin azalmasına, həm stresdən yaranan qidalanma pozğunluğuna səbəb olur. Həmin müddətdə müəyyən əhali qrupu arasında artıq çəki alanlar, az qisim əhali arasında isə çəki itirənlər olur: "Bu, qidalanmanın düzgün olmaması nəticəsində yaranan problemlərdi. Əlbəttə, belə həyat tərzinə alışanlar üçün normal həyata qayıtmaq heç asan olmur. Lakin onlar mütəxəssislərin, o cümlədən psixoloq psixiatrların yardımı ilə normal həyata qayıtmaq imkanı əldə edə biləcəklər”.

Səhiyyə Nazirliyinin sözçüsü bildirib ki, COVID-19, qrip SARS fərqli xəstəliklər olsa da, oxşar əlamətlərə malikdir. Elə buna görə bəzən qriplə COVID-19-u səhv salırlar çox zaman narahatlıq yarananda onu mövsümlə əlaqədar qrip bilərək həkimə müraciət etməyə tələsmirlər. Havaların kəskin dəyişməsi qrip xəstəliyinin artmasına geniş yayılmasına səbəb olur. Lakin indiki dövrdə bu xəstəliyə yoluxma zamanı COVID-19 infeksiyasının olduğunu da nəzərdən qacırmaq olmaz. Gecikmələr, həkimə müraciət zamanı ləngimə yubanmalar çox vaxt xəstəliyin qrip olduğunu güman etmək nəticəsində baş verir. Koronavirusa yoluxma zamanı xəstələr 3-4 gün evdə qalaraq onun qrip olduğunu bilərək ötüb keçəcəyini gözlədiklərindən infeksiya daha da dərinləşir. Hətta qriplə COVID-19-a eyni vaxtda yoluxma da baş verə bilər. Təbii ki, oxşarlıqlar çoxdur, hər iki halda qızdırma baş verir, boğazda ağrı qıcıqlanma, öskürək ola bilər. Əsas kəskin fərq ondan ibarətdir ki, COVID-19-a yoluxma zamanı iybilmə dadbilmə hissi itir. Daha ağır hallarda isə təngənəfəslik tənəffüsdə çətinliklər yaranır. Ona görə bunun baş verməməsi üçün ilk simptomları hiss edən kimi mütləq yubanmadan sahə həkiminə ya tibb müəssisəsinə müraciət etmək lazımdır: "Dəfələrlə deyilməsinə xəbərdarlıq edilməsinə baxmayaraq, koronavirus infeksiyasına yoluxma zamanı onu gizlətmək istəyənlər olur. COVID-19 infeksiyası hava-damcı yolu ilə yayılır, ətrafda hər yerdə ona yoluxmaq mümkündür heç kəs bundan sığortalanmayıb. Üstəlik, ona yoluxmaq heç istəyimizlə bağlı deyil yoluxduğuna görə cəmiyyət heç kəsi qınamır. Ona görə burda çəkiniləsi gizlədiləsi bir şey yoxdur. Koronavirusu sağaldan onun müalicəsində istifadə edilən konkret bir müalicə üsulu yoxdur. Yeganə bir yol immun sistemin güclənməsinə nail olmaq orqanizmi möhkəmləndirmək, ən başlıcası isə, üç qızıl qaydaya - maska, məsafə gigiyenaya əməl etməkdən ibarətdir”.

Bəli, mütəxəssislərin qeyd etdiyi kimi, koronavirusu yox etmək öz əlimizdədir. Unutmayaq ki, qeydə alınan hər bir yeni xəstəlik halı yoluxma zəncirinin daha da uzanması deməkdir. Hər bir yeni xəstə ətrafında olan onlarca insanın virusa yoluxmasına səbəb ola bilər. Biz yalnız məsuliyyətli davranaraq bu zənciri qıra əvvəlki həyatımıza qayıda bilərik.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 20 noyabr.- S.1; 2.