Erməni vandalizmi cavabsız qalmayacaq

 

Müzəffər ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən yeni görüntülər yayıldıqca faşist xislətli ermənilərin 30 ilə yaxın dövr ərzində bu torpaqlarda törətdikləri dağıntıların miqyasını daha aydın təsəvvür etmək olur. Noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məqamlara xüsusi diqqət yönəltdilər. Ermənilərin dağıtdıqları yolla hərəkət edərkən çəkilən qısa videolardan və dövlət başçısının izahlarından bir daha gördük ki, yolboyu salamat tikili belə qalmayıb. Ermənilər nə mümkündürsə, yandırıb, söküb, dağıdıb aparıblar.

 

Vəhşi düşmənlə üz-üzə

 

Azərbaycan Prezidenti düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu güngedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.

Açığını deyək ki, Ermənistanın qeyri-qanuni şəkildə Kəlbəcərdə məskunlaşdırdığı və indi münaqişənin həlli ilə bağlı razılaşmaya uyğun olaraq rayondan çıxmalı olan ermənilərin biabırçı hərəkətlərini görəndən sonra daha belə dağıdıcı əməllərə təəccüblənmək də olmur. Çünki onlar dağıdıcılığı özlərinə bir tale seçiblər. Bunu milli mahiyyətləri kimi dünyaya sərgiləməkdən utanc hissi keçirmirlər.

Kəlbəcərdə ona məxsus olmayan evin unitazına qədər söküb aparandan sonra quru divarlara da od vuran, meşələri yandıran, işıq dirəklərini sökən və başqa ağlasığmaz vəhşiliklər edən ermənilər bununla öz çirkin xislətlərini büruzə verirlər.

Belə barbarlıq aktları aktiv hərbi əməliyyatların gedişində baş vermir. Hərbi əməliyyatlar başlayana qədər sıravi şəxslər öz gündəlik həyatlarını yaşayıblar. Onlar zəhmət adamı cildində təsərrüfatla, heyvandarlıqla, əkinçiliklə, müəllimliklə məşğul olublar. Bununla belə yenə də xarakteri gizlətmək olmur. An yetişən kimi daxildəki vandallıq, dağıdıcılıq xisləti üzə çıxır.

Məktəbi yandıran müəllim... Bunu təsəvvür etmək belə ağlasığmazdır. Amma Kəlbəcərdə bir məktəb direktorunun dünənə qədər başqa müəllim həmkarları ilə birgə dərs dediyi məktəbə də od vurub yandırdığını gördük. Məktəbi yandırmaq nə deməkdir?! Müəllimin maarif, təhsil ocağına od vurmasını nə ilə izah etmək olar?! Bunun üçün bəşəriyyətə nifrət hissin hansı səviyyədə olmalıdır ki, belə bir cinayət əməlinə əlin qalxa. Bir müəllimin məktəbə od vurub yandırması o xalqın gələcəyə münasibətidir, cəmiyyətin gələcəyini odlamaqdır. Bu ağlasığmaz hərəkətlər yalnız ermənilərə məxsus ola bilər. Bunları tarixdən oxuya-oxuya, eşidə-eşidə, görə-görə gəlmişik. Belə bədnam əməlləri özünə rəva görən xalqın heç bir ciddi gələcəyi ola bilməz. Özünə hörmət edən heç bir müəllim bu cür dağıdıcı bir xalqa mənsubluğundan qürur duymaz.

 

Mənəviyyat tələb edən suallar

 

Əlbəttə, biz erməni ziyalılarından, onların dünyanın müxtəlif ölkələrdə yaşayan tanınmış nümayəndələrindən baş verənlərlə bağlı ədalətli münasibət gözləmirik. Zatən, məqam çatanda onlarla Kəlbəcərdə məktəbi yandıran məktəb direktoru, evin dam örtüyünü söküb aparan, meşəyə od vuran başqa soydaşları arasında heç bir fərq qalmır. Amma bu xalq, nəhayət ki, tutduğu yola diqqət yetirməlidir. Tarix boyu yol verdiyi yanlışlardan, özünə rəva bildiyi vəhşiliklərdən nəticə çıxarmalıdır.

Azərbaycanın parlaq zəfəri, son onilliklərdə böyük bir inkişaf yolu keçmiş dövlətimizin qüdrəti qarşısında qaldıqları aciz durum əslində ermənilərə bu barədə ciddi düşünmək üçün şərait yaratdı. Dağıdıb tökə-tökə, Yer üzündə gözünə görünən bütün tikililərə, başqa mədəniyyətlərə aid nümunələrə dağıdıcılıq, saxtakarlıq, mənimsəmək, hər şeyi özününküləşdirmək niyyəti ilə baxaraq haraya qədər getmək olar?! Görəsən Kəlbəcərdə dünya mediasının nəzərləri qarşısında o biabırçılıqları törədən ermənilər bircə dəfə də olsun özlərinə sual veriblərmi ki, indiyə qədər başqasının torpağında niyə yaşayırdılar? Bircə dəfə də olsun bu torpaqların, bu evlərin, meşələrin əzəli sahiblərinin taleyini düşünüblərmi? Təxminən 29 il əvvəl qılınc kimi kəsən sərt havada yurdundan qovulan, 29 il min bir çətinlik içində, torpaq həsrəti ilə yaşayan Kəlbəcər sakinlərinin güzəranı onları bircə dəfə də olsun narahat edibmi? Əminik ki, yox. Bu suallar insandan, toplumdan mənəviyyat, saflıq, təmizlik, səmimiyyət tələb edir. Vəhşi düşmən isə bu keyfiyyətlərdən məhrumdur.

 

Erməni vandalizmi

 

Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Mədəniyyət Nazirliyinin açıqladığı faktlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzeymuzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

O cümlədən Cəbrayıl rayonunda VII-XII əsrlərə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminə məruz qalıb.

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonda 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox (2625 ədəd) tarix və mədəniyyət abidəsi var. Dövlət qeydiyyatına alınan abidələrdən 6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji, 119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyətli arxeoloji, 393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidələr, 17-si dekorativ-tətbiqi sənət nümunələridir. Eyni vandallıq əməllərini onlar Ermənistan ərzisindəki tarixi torpaqlarımızda Azərbaycan xalqına aid maddi-mədəniyyət abidələrinə qarşı da həyata keçiriblər. Təkcə bir faktı diqqətə çatdıraq ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bunu da erməni xislətinə uyğun olaraq "gözə kül üfürmək”dən ötrü saxlayıblar.

Əlbəttə, bütün bu dağıntılar məqsədli şəkildə edilib. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb. Bu torpaqlarda bütün milli izlərimizi silməyə çalışıblar. "Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir” deyir dövlət rəhbərimiz.

Müqəddəs məkanlarımızdan, o cümlədən Zəngilandakı məsciddən tövlə kimi istifadə etməklə ermənilər bütün müsəlman, islam dünyasının dini heysiyyətinə toxunaraq bir daha azğınlaşdıqlarını göstərdilər. Bu, vandalizm aktlarına indi tək Azərbaycan dövləti yox, beynəlxalq təşkilatlar tərəfindən də qiymət verilməlidir. Belə mənfur əməllər lazımınca pislənməli və ciddi hüquqi ölçü götürülməlidir. Çünki bu cür əməllər böyük bir toplumun içində yuva qurmuş dəhşətli bir xəstəliyin əlamətidir və bu xəstəlik bütün dünyaya təhlükə yaradır.

 

Biz qayıdırıq

 

Ermənistanın ərazilərimizdəki dağıdıcılıq əməllərinin dəqiq miqyasını müəyyən etməkdən ötrü hazırda qiymətləndirmə işləri aparılır. Bununla bağlı lazımi tədbirlər görülür. Azərbaycan Prezidenti bu işlərin planlı şəkildə aparılacağını qeyd edib. İlk növbədə, ziyanın hesablanması, dəqiq uçotu, ondan sonra bərpa-yenidənqurma işləri həyata keçiriləcək: "Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.

Artıq bərpa-quruculuq işlərinə başlanlıb. Müqəddəs şəhərimiz olan Şuşaya Füzulidən yol çəkilir. Bu yol bizim zəfər yolumuz, gələcəyə doğru inkişaf istiqamətimiz olacaq. O torpaqlarda çəkilən hər yeni yol, ucaldılan hər yeni tikili torpağın köksünə bu yurdun əbədi və əzəli sahibi Azərbaycanın quruculuq əzminin, dünyaya, bəşəriyyətə töhfə vermək amalının möhtəşəm imzası kimi həkk olunacaq.

Bəşəriyyətə qarşı mənfur əməlləri ilə özlərini gələcəksizliyə məhkum etmiş ermənilərin dağıdıcılıq əməlləri isə cavabsız qalmayacaq. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq. Çünki bizim apardığımız dava təkcə torpaqlarımızın azadlığı uğrunda deyil. Bu bir haqq davasıdır. Ədalətin bərpası uğrunda aparılan savaşdır. Və bu dava vətəndaşlarımızın mülkiyyətini dağıdanlardan hesab sorulmasını, soydaşlarımızın pozulmuş haqlarının bərpasını da əhatə edir.

Azərbaycan dövləti bu davada da mütləq zəfər qazanacaq.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2020.-20 noyabr.- S.1; 9.