Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 

Hörmətli cənab Prezident!

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin məzunu olmuş livanlı həkimlər və mühəndislər adından SiziSizin şəxsinizdə bütün Azərbaycan xalqını torpaqlarınızın Ermənistan işğalından azad edilməsi ilə nəticələnən bu tarixiböyük Qələbə münasibətilə təbrik edirəm.

 

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəşadətli ordunuzun qəhrəmanlıqları və Azərbaycan xalqının Qarabağın azad edilməsi istiqamətində səylərinizi yekdilliklə dəstəkləməsi bu böyük Qələbəyə yol açdı.

 

Biz - Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin livanlı məzunları bu böyük nailiyyət münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Allahdan zati-alinizə və böyük Azərbaycan xalqına davamlı tərəqqi və nailiyyətlər diləyirik.

 

Hörmətlə,

Azərbaycan universitetlərinin livanlı məzunları adından

Professor Akram TARHİNİ

Azərbaycan.-2020.- 26 noyabr.- S.3.