Parlament hökuməti Fransa ilə siyasi münasibətlərə yenidən baxmağa çağırdı

 

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova öncə onu bildirdi ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu erməni işğalçılarından azad olunub.

 

"Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun Müzəffər Azərbaycan Ordusuna!" deyən spiker bu münasibətlə təbriklərini çatdırdı. Qeyd olundu ki, dekabrın 1-dək Laçın rayonu da işğaldan azad ediləcək.

 

Daha sonra Fransa Senatında qəbul edilən bədnam qətnamə ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri dedi: "Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub təxribat xarakterli bir qətnamə qəbul edilib. Bu sənədə ötəri nəzər saldıqda belə onun qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib, xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib, ölkəmizə böhtanlar atılıb.

 

İş o yerə çatmışdır ki, Fransa Senatının üzvləri Fransa hökumətini artıq mövcud olmayan qondarma "Dağlıq Qarabağ Respublikası” tanımağa, bölgədə 1994-cü ildə mövcud olmuş sərhədləri qaytarmağa çağırıblar.

 

Sədr bildirdi ki, Milli Məclis Fransa Senatının bu qətnaməsi ilə bağlı ciddi bir bəyanat qəbul etməlidir gündəliyin birinci məsələsi məhz bu bəyanatla bağlıdır.

 

Məlum olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün danışıqlar aparılırdı. 1994-cü ildən Fransa bu danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədridir. Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün aparılan danışıqlarda heç bir nəticə olmamasının əsas səbəblərindən biri məhz beynəlxalq vasitəçilərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan ölkələr arasında fərq qoymaması idi.

 

Son vaxtlar biz Fransa dövlətinin siyasi dövlət xadimlərinin, hakimiyyət orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Fransa prezidenti, xarici işlər naziri öz bəyanatları ilə göstərirdilər ki, Cənubi Qafqazda bütün Avropada sülh üçün əsas təhdid mənbəyi olan indi məğlub duruma düşən Ermənistanı birtərəfli qaydada müdafiə edəcəklər. Bütün bunlar Fransanın həmsədr kimi bitərəfliyini şübhə altına alırdı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun niyyətləri barəsində bir sıra suallar doğururdu.

 

Azərbaycanın səyləri nəticəsində bu gün regionda tamamilə yeni bir reallıq yaranıb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Bu reallığı bölgədə nüfuz sahibi olan Rusiya Türkiyə dəstəklədi. Bu reallıq Fransanın vəkillik etməyə çalışdığı Ermənistan tərəfindən qəbul edilibdir. Düşünürəm ki, Fransa özü yaranmış vəziyyətlə barışmalı, haqsızı müdafiə etməkdən əl çəkməli, haqqın haqlının tərəfində dayanmalıdır. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. Azərbaycan xalqı bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək dövlətimizə xalqımıza qarşı yönələn bütün qəsdləri dəf edəcək”.

 

Sahibə Qafarovanın təklifi deputatlar tərəfindən razılıqla qarşılandı Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbər olmaqla deputatlar Cavanşir Feyziyev, Əminə Ağazadə Fazil Mustafadan ibarət komissiya təşkil olundu.

 

İclasda Fransanın Azərbaycana qarşı bu ədalətsiz qərəzli addımı ilə bağlı geniş müzakirələr keçirildi. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nigar Arpadarai, Kamal Cəfərov, Anar İsgəndərov, Erkin Qədirli, Fazil Mustafa, Əli Məsimli, Fəzail Ağamalı, Kamilə Əliyeva, Aqil Abbas, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Razi Nurullayev digərləri çıxış edərək Fransanın bu hərəkətini Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq hüquqa qarşı hörmətsizlik kimi qiymətləndirdilər.

 

Sonra deputat Cavanşir Feyziyev hazırlanmış bəyanatın mətnini oxudu. Səsvermədə bəyanata müsbət münasibət bildirildi (Bəyanatın mətni qəzetin bugünkü sayında dərc olunub).

 

İclasda gündəlikdəki digər məsələlərin müzakirəsi keçirildi. Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Vətən müharibəsində qələbə münasibətiləAzərbaycanın orden medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaqanunda dəyişiklik edilməsi barədə "Vətən Müharibəsi Qəhrəmanıadının təsis edilməsi haqqındaqanun layihələrini üçüncü oxunuşda təqdim etdi. Layihələrin birinci ikinci oxunuşlarda müzakirələri zamanı səslənən təkliflərə münasibətini bildirən Əli Hüseynli dedi ki, hazırlanan sənədlər orden medallarla bağlı formalaşmış qanunvericiliyə tam uyğundur. Qanun layihələrinin əsasnaməsində təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağın tarixi, milli hərbi atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

 

Deputatlardan Fəzail Ağamalı, Aydın Mirzəzadə Qüdrət Həsənquliyev qanun layihələri ilə bağlı fikirlərini səsləndirdilər sənədlərin mükəmməl şəkildə hazırlandığını bildirdilər.

 

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

 

İclasda "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə də qanun layihəsinə üçüncü oxunuşda baxıldı. Əli Hüseynli qanun layihəsinin əvvəlki oxunuşlarda müzakirəsi zamanı və ondan sonra komitəyə heç bir yeni təklifin daxil olmadığını söylədi. Qanun layihəsi üçüncü oxunuşda qəbul olundu.

 

Parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Sadiq Qurbanov üçüncü oxunuşda "Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif olunan dəyişiklikdən bəhs etdi. Qeyd olundu ki, layihə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanan qanun layihəsi qalınlığı

 

15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi ilə bağlı qadağaları özündə ehtiva edir. Sənəd 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Layihəyə görə, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq. Komitə sədri qeyd edib ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsindən sonra komitədə yeni bir təklif qeydə alınmayıb. Layihə səsə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Layihə üçüncü oxunuşda qəbul olundu.

 

"Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məlumat verdi. Deputat bildirdi ki, qanuna təklif olunan dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinə, istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına, bu sahədə dövlət tənzimləməsinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, publik hüquqi şəxs statusuna malik Bakı Nəqliyyat Agentliyi, aidiyyəti şəhər icra hakimiyyətlərinin tabeliyində olan "Sumqayıt Nəqliyyat” və "Gəncə Nəqliyyat” MMC-lər həyata keçirir. Bu sahədə fəaliyyət göstərən orqanların icra hakimiyyəti orqanı və publik hüquqi şəxs, məhdud məsuliyyətli cəmiyyət olmasını nəzərə alaraq, qanunun 26.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Layihə təsdiq edildi.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2020.- 27 noyabr.- S.1-2.