DƏMİR YUMRUQ

 

 

"Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.

İlham ƏLİYEV

 

 

 

Qədim Azərbaycan atalar sözüdür:

 

"Dua oxumaqla donuz darıdan çıxmaz!”

 

Görünür, müdrik babalarımız bu sözü ermənilərə baxaraq yaradıblar.

 

Çünki son 27 ildə bu qudurmuş millətin simasında onun təsdiqinin dönə-dönə şahidi olduq:

 

Ermənilər "sülh danışıqları yolu ilə” - yəni ATƏT-in oxuduğu "dualarlaişğal etdikləri Azərbaycan ərazilərindən çıxmadılar!

 

Onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu çıxardı.

 

Deməli, "dua”dan yumruq təsirli imiş!

 

***

 

Əgər kimsə düşünürsə ki, yumruq yalnız zorakılıq əlamətidir, ciddi səhv edir!

 

Yumruq həm təsirli tərbiyə vasitəsidir!

 

Çünki yolunu azmış adamları ağıllandıra bilir!

 

Necə deyərlər:

 

* Qanmazı qandırır!

 

* Anlamazı başa salır!

 

* İslaholunmazı düz yola qaytarır!

 

* Bir sözlə, dəyişməzi dəyişir!

 

Amma baxır adamına.

 

Atalar həm deyib ki, yüyürən at qamçı yeməz!

 

Paşinyan kimilərini isə yalnız yumruqla başa salmaq mümkündür!

 

Özü adi yumruqla yox!

 

Dəmir yumruqla!

 

***

 

"Dəmir yumruqbeş barmaqda

 

* yaranır hər barmağın öz mənası var.

 

* Baş barmaq rəhbərin müdrükliyinin uzaqgörənliyinin, zəka bacarığının, habelə iradə, qətiyyət mənəvi gücünün göstəricisidir!

 

Sonrakı barmaqlar isə:

 

* Dövlətin iqtisadi siyasi müstəqilliyini, dayanıqlığını;

 

* Dünya diplomatiyasında yerini nüfuzunu, çəkisini;

 

* Ordunun gücünü, silahlanmasının müasirliyini keyfiyyətini, eyni zamanda əsgər zabitlərinin peşəkarlığını qəhrəmanlığını, cəsarət şücaətini;

 

* Ən nəhayət, iqtidarla xalqın vəhdətini, milli birliyi həmrəyliyi əks etdirir.

 

Bunların beşi mövcud olmadan, bir əldə qərar tutmadan yumruğun dəmirə çevrilməsi çətindir!

 

* Daha bir vacib məqam isə yumruğun ustalıqla işlədilməsi, düşmənin kəlləsinə zamanında dəqiqliklə çırpılmasıdır!

 

Çünki zamanında yerində tutuzdurulan yumruq birə-yüz ffect verir!

 

Onun "dadınıgörənlər ömürləri boyu unutmurlar!

 

Müzəffər Ali Baş Komandan

 

İlham Əliyevin dəmir yumruğu vədəsində anında Paşinyanın başını əzərək onu rəzil, miskin günə saldı!

 

Azərbaycan qarşısında diz çökdürdü!

 

Ona-buna yalvarmaqdan, daban yalamaqdan bir şey çıxmadığını görən erməni baş nazir kapitulyasiya sənədinə qol çəkdi!

 

* Bu yumruq Ermənistan ordusunu darmadağın etdi.

 

Artıq düşmənin öz etirafına görə ordusunun 80 faizi yoxdur!

 

* Bu yumruğun qorxusundan keçmiş Ermənistan prezidentləri R.Koçaryan S.Sarkisyan hərbi əməliyyatlar zamanı qorxularından üzə çıxa bilmədilər!

 

* Həmin yumruğun zərbindən Qarabağ müharibəsinin "erməni qəhrəman”larının aldıqları torpaqlar da geri qaytarıldı, orduları isə fərarilər qorxaqlar yığnağına çevrildi!

 

* Bu yumruğun qorxusundan Paşinyan özünün yeddi şərtini unudaraq Azərbaycanın bir şərtinə - rədd olub getmə şərtinə yalvara-yalvara razı oldu!

 

Çünki bilirdi ki, hərbi əməliyyatlar dayanmasa, dəmir yumruğun sahibi onu ordusuz Xankəndisiz qoyacaq!

 

* Bu yumruğun zərbindən Ermənistan iqtisadiyyatı elə günə düşüb ki, çətin bir daha özünə gələ.

 

Çətin ki, Paşinyan onun dəstəsi bu yumruğu unuda!

 

Çətin ki, dünya erməniliyi bu yumruğu unuda!

 

Çətin ki, Ermənistan ordusu, onun yalançı generalları saxta "qəhrəmanlarıbu yumruğu unuda!

 

Bu dəmir yumruğun dadını görənlər bir Azərbaycana xain nəzərlərlə baxib, bizdən torpaq status uma bilməyəcəklər!

 

***

 

Dəmir yumruğun bir hikməti var:

 

Dəmir yumruq təkcə əzmir, qandırmır!

 

Dəmir yumruq həm tarix yazır, tarix yaradır!

 

* Zəfərlər tarixi!

 

* Qələbələr tarixi!

 

* Hünər tarixi!

 

* Xilaskarlıq tarixi!

 

* Ən əsası isə, millətin şərəf tarixini!

 

Eşq olsun bu yumruğa!

 

Eşq olsun onun sahibinə!

 

***

 

Yumruq sahibi dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqlayıb: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

 

***

 

Qarabağ uğrunda zəfər müharibəsi faktiki olaraq başa çatıb!

 

İndi Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan ilə şanlı qələbəsini qeyd edir.

 

Şübhə etmirik ki, müharibələr tarixində kütləvi şücaət və qəhrəmanlığına görə Şuşanın alınma əməliyyatı dünya hərb tarixində özünəxas yer tutacaqdır!

 

Yəqin ki, qədim Şuşada Azərbaycan əsgərinə gözəl bir abidə də ucaldılacaq!

 

Eyni zamanda Şuşanın ən hündür qayalarından birində "Dəmir yumruq” abidəsi də qoyulacaq!

 

Hər dəfə Ermənistandan Qarabağa sarı boylanan ermənilər dəmir yumruğu görəndə özlərini yığışdıracaq, ağıllarını başlarına yığacaqlar!

 

Başqa yolları yoxdur!

 

Dəmir yumruqlu Azərbaycanla, onun Qalib Sərkərdəsi ilə daim hesablaşmaq lazımdır!

 

Qarabağ bizimdir!

 

Qarabağ Azərbaycandır!

 

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 29 noyabr.- S.1;3.