BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə Ermənistanın hərbi təxribatları barədə məlumat verilib

 

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov oktyabrın 2-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazirin müavini Əli Əhmədov Ermənistanın Azərbaycana qarşı törətdiyi bu gün davam edən növbəti hərbi təxribatla bağlı vəziyyət barədə məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan qoşunlarının təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz hərbi qulluqçularımız həlak olublar. Azərbaycan buna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-hücum əməliyyatları həyata keçirir. Bundan əvvəl iyul-avqust aylarında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təxribatların törədildiyini nəticədə hərbçilərimizin mülki şəxslərimizin həlak olduğunu deyən Əli Əhmədov bu təxribatları Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin davamı kimi qiymətləndirib. Qeyd edib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Baş Nazirin müavini vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulması müharibə cinayətidir. Ermənilərin Azərbaycan əhalisinin cəmi bir faizini təşkil edən, Azərbaycan ərazisində yaşayan etnik azlıq olduğunu bildirən Əli Əhmədov dünyanın heç bir yerində belə bir azlığın özünə müstəqillik tələb etməsi hallarına rast gəlinmədiyini deyib.

Qulam İshaqzai Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı narahatlığını ifadə edib. O, cəbhə xəttinə yaxın yerləşən rayonların mülki əhalisi arasında sorğu keçirilməklə BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd edib ki, bu yardımın psixoloji dəstək, xüsusi çadırların qurulması, ərazilərin minalardan təmizlənməsi digər formalarda reallaşdırılması mümkündür.

Baş Nazirin müavini Əli Əhmədov təklifə görə qarşı tərəfə minnətdarlığını bildirib, hazırkı mərhələdə Azərbaycanın yardıma ehtiyac duymadığını vurğulayıb.

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.3.