Konstitusiya Məhkəməsi Silahlı Qüvvələrə Yardım Fonduna dəstək kampaniyasına qoşulub

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın əməkdaşları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparan ordumuza dəstək aksiyasına qoşulub.

AZƏRTAC Konstitusiya Məhkəməsinin saytına istinadla xəbər verir ki, Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərinin və Aparat əməkdaşlarının əməkhaqlarından 100 min manat məbləğində vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna ianə olunması barədə qərar qəbul edib.

 

Azərbaycan.-2020.- 3 oktyabr.- S.12.