El bir olanda...

 

Bu gün xalqımız bütün umu-küsünü, fərqli siyasi baxışları kənara qoyaraq birləşmiş vahid məqsəd - Qələbə uğrunda bütün imkanlarını səfərbər etmişdir. Hamı ayağa qalxaraq işğal edilmiş torpaqlarımızın erməni tapdağından azad edilməsi uğrunda gedən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevə ordumuza güvəndiyini bəyan edir.

Mübaliğəsiz demək olar ki, bu birlik, həmrəylik bəlkə heç vaxt elə səviyyədə olmamışdır. 50 siyasi partiyanın yekdil fikrə gələrək imzaladığı bəyanat bir daha onu göstərdi ki, Vətən, torpaq, ərazi bütövlüyü məsələsi ortaya gələndə yumruq olmağı bacarırıq.

İndi bizim ölkə əhalisi bir neçə gün öncə düşmənin atdığı top mərmisi nəticəsində evi dağılan bir Ağdam sakininin dediyi "Yüz belə ev qurban olsun bir Azərbaycan əsgərinin dırnağınadüşüncəsi ilə yaşayır, qələbəmiz üçün bir görməyə, vətəndaşlıq borcunu ortaya qoymağa səy göstərir. Tərəddüd, mənim-sənin psixologiyası aradan qalxıb. Kimi istifadə etdiyi cəbhəyə yararlı avtomobili, kimi ərzaq məhsulları, kimi geyimlə orduya kömək edir. Milli Müdafiə Fonduna vəsait köçürənlər da az deyil. Ən başlıcası isə, əli silah tutan hər kəs cəbhəyə getməyə, əsgərlərimizlə birlikdə düşmənə qarşı vuruşmağa can atır. Bu məqsədlə onlar yerlərdəki Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edirlər.

Bu işdə salyanlılar da ön sıradadır. Rayonda gənclər arasında döyüş əhvali-ruhiyyəsi çox güclüdür. Salyan gəncləri şəhidlərimizin qisasını almaq, onların cəbhədəki yerlərini boş qoymamaq üçün ordu sıralarına yazılırlar.

Belə bir deyim var: "El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar”. Bu gün Azərbaycan Ordusunun vahid komandanlıq altında əks-hücuma keçərək torpaqlarımızı düşmən tapdağından azad etməsi bir daha sübut edir ki, böyük Qələbəni yaxınlaşdıran səbəblərdən biri birlikdir!

 

Seyran CAVADOV,

 

Azərbaycan.- 2020.-4 oktyabr.- S.8.