Mövlud Çavuşoğlu: Bakıya Azərbaycana
dəstək olmaq üçün
gəlmişəm, hər zaman onun yanında olacağıq
Azərbaycan xalqına dəstəyimi göstərmək üçün oktyabrın 6-da Bakıya gəlmişəm. Hər zaman Azərbaycanın yanında olacağıq. Azərbaycanın öz torpaqlarını azad etdiyi bir dövrdə Bakıya səfər edirəm. Biz Azərbaycanla kədərimizdə də, sevincimizdə də birgə olacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Nazir bildirib: “Bütün dünyaya bir daha demək istəyirəm ki,
Dağlıq Qarabağ Azərbaycanındır.
İşğal olunmuş
ərazilər azad edilməyib və bu günədək qəbul edilmiş
qətnamələr yerinə yetirilməyib. Bir
milyondan çox azərbaycanlı
qardaşımız öz evlərinə
dönməyi gözləyirlər. Ermənistan bir sıra yaşayış məntəqələrinə
hücum edib. Küncə
sıxılan Ermənistan yaşayış yerlərinə atəş
açır, hətta Abşerona belə
atəş açıb. Bu, müharibə
cinayətidir, Ermənistanın çarəsizliyinin göstəricidir.
Azərbaycan isə heç vaxt mülki vətəndaşları
hədəfə almayıb. Bu da Ermənistanla Azərbaycanın əsas fərqidir”.
/Azərbaycan.
- 2020.-7 oktyabr.- S.4.