Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumları münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdür

 

Azərbaycan Respublikasına qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır.

Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb. Açıqlamada, həmçinin deyilir: “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və müstəsna əhəmiyyətli infrastrukturunun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır.

Azərbaycan tərəfində Azərbaycanın mülki əhalisi və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisyan, CermukBerd şəhərlərindən raket atəşinə tutması barədə tutarlı faktlar var.

Bütün dəlillər yerlixarici mütəxəssislərin, o cümlədən yerlərdə olan xarici jurnalistlərin iştirakı ilə toplanaraq müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.

Ermənistanı beynəlxalq hüququn normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tabe olmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələblərini yerinə yetirməyə çağırırıq.

Bir daha təkrar edirik ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki şəxslərin və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin dərinliyindəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirəcəyi əks-hücum tədbirlərinin nəticələrinə görə tam məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür”.

 

Azərbaycan.-2020.- 6 oktyabr.- S.6.