Vətən və bayraq sevgisi

 

Torpaqların işğaldan azad olunması uğrunda Vətən müharibəsi gedir

 

İllərdir ki, düşmən əsarətində qalan torpaqlarımızda Qələbə sevinclərini dadmağa başlayan xalqımızda müzəffər yürüşə, yağı ilə cəngə qalxan Milli Ordumuzun Qələbəyə doğru irəliləməsi arxa cəbhədə də vətənpərvərlik duyğularını coşdurub...

Ermənistanın ulu Gəncəmizə atdığı raket tarixi binanı dağıtsa da, orada ölsək də, yaralansaq da, şərəf bildiyimiz üçrəngli bayrağımızı dağıntı-töküntülərin altından çıxarıb sinəmizə sıxan da bizik, şəhid olub ona bükülərək ana torpağa qurban gedən də!

Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin raket atəşinə tutulması nəticəsində yaranan dağıntılardan çəkilən bir kadr Rusiya mediasında "Günün fotosuseçilib. Rusiyanın məşhur "Dojd” (www.tvrain.ru) media orqanı saytın Ana səhifəsində bu şəkli yerləşdirərək, "Günün fotosuelan edib.

Valeri Şarifulinin müəllifi olduğu həmin fotodan açıq-aydın görünür ki, Azərbaycan xalqı erməni təxribatından nəinki qorxmur, əksinə, üçrəngli bayrağını canı-qanı, nəfəsi kimi qoruyur! Gəncə sakininin Ermənistan terrorçu dövləti tərəfindən raket atəşinə tutulmasından dərhal sonra Azərbaycan bayrağını sinəsinə sıxıb dağıntılar altından çıxarması ictimai müzakirələrdə xalqımızın əzmkarlığının və mübarizliyinin simvolu kimi qiymətləndirilib.

Budur xalqımızın Vətənə və üçrəngli bayrağına sevgisi: "Sənlə olsun hər bir anım, mənim üçrəngli bayrağım!

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2020.- 6 oktyabr.- S.9.