Ermənistanın Gəncəni atəşə tutması nəticəsində yaralananlardan biri də 8 yaşlı qızcığazdır

 

Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.

AZƏRTAC-ın bölgə müxbiri Banu ilə onun müalicə aldığı xəstəxanada görüşüb. Başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.

Qeyd edək ki, erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.

 

Azərbaycan.-2020.- 6 oktyabr.- S.10.